Samirədən ETİRAF:

Samirədən ETİRAF: "Ailəsi buna görə sevdiyi qızı oğluma vermədi" - VİDEO  

Hazırda oxunan: Samirədən ETİRAF: "Ailəsi buna görə sevdiyi qızı oğluma vermədi" - VİDEO  

73225

"Oğlum bir qız sevirdi. Qərara gəldik ki, qızın evinə gedib, ailəsinin razılığını alaq. Atası biləndə ki, mən müğənniyəm oğlumun bu qızla izdivacına "Yox" deyib. O, "Nə badə müğənni olan ailəyə qız vermərəm" söyləyib. Bundan sonra sanki məni götürüb yerə çırpdılar".  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni və söz xiridarı Samirə Yusifqızı "MTV maqazin" verilişinə verdiyi müsahibəsində deyib.

Oğlunun sevdiyi qızla ailə qura bilməməsində özünü günahkar bilən sənətçi, müğənnilik sənətinə ləkə vuranları "ağ yuyub, qara sərib":

"Müğənni olanda nə olur ki?! Müğənni olmayan, digər sənətlərdə o qədər "üz qaraları" var ki... Amma müğənni olub, qeyrəti və namusu ilə övlad böyüdüb, halal çörəyi ilə yaşayan sənətkarlarımız, ustadlarımız var. Qızın atasının bizə söylədiyi o sözlərdən sonra çox sındım, çox sarsıldım. İstəməzdim ki, oğlumun həyatına mənə görə balta çalınsın".

S.Yusifqızı bu hadisədən sonra oğlu ilə "üz-göz" olduğunu da gizlətməyib:

"Oğlum mənə bu hadisədən sonra "Qızı sənə görə mənə vermədilər" deməsi mənə bəs etdi. Əgər həyatda ikinci şansım olsaydı, heç zaman bu sənəti seçməzdim və müğənni olmazdım".  

Rəşad Əliyev Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO