Madonna Papa ilə görüşmək istəyir:

Madonna Papa ilə görüşmək istəyir: "İkinci bir şans verin..." - FOTO

Hazırda oxunan: Madonna Papa ilə görüşmək istəyir: "İkinci bir şans verin..." - FOTO

73142

Bir müddət əvvəl 28 yaşlı rəqqas sevgilisi Ahlamalik Uilyamsdan ayrıldığı iddia edilən dünya pop səhnəsinin ulduzu Madonna görüşmək üçün Papaya müraciət edib. 

Bizim.Media xəbər verir ki, yaradıcılığında katolik kilsəsinin atributlarından istifadə ilə gündəmə gələn pop ulduzu "nalayiq" davranışına münasibəti yenidən nəzərdən keçirməyi xahiş edib və ikinci şans əldə edərək hər şeyi düzəltmək istədiyini bildirib.

"Mən yaxşı katolikəm. And içirəm!  Son etirafımdan bir neçə onilliklər keçdi. Vacib məsələləri müzakirə etmək üçün nə vaxtsa görüşmək olarmı? Məni üç dəfə kilsədən xaric etdilər. Bu ədalətli görünmür", deyə,Madonna "Twitter" hesabında yazıb. 
Hazırda 63 yaşı olan dünya ulduzu hətta söyüş belə söymədiyini deyib.

Qeyd edək ki, 1989-cu ildə yanan xaçların görüntülərinin əks olunduğu və müğənninin qaradərili İsanı aldatdığı "Bir dua kimi" videosu yayıldıqdan sonra İtaliya dövlət televiziyasında qadağan edildi, Vatikan tərəfindən pisləndi.  

Madonna 2006-cı ildə Romada qalmaqallı çıxışından sonra Katolik Kilsəsi tərəfindən kəskin tənqid edilib.

Daha sonra kardinal Ersilio Tonini Papa XVI Benediktin adından çıxış edərək, pop kraliçasının həddindən artıq irəli getdiyini deyib və çıxışı "nalayiq" adlandırıb.

Lakin Madonna o zaman öz hərəkətindən utanmamışdı. O, 2008-ci ildə Romadakı növbəti konsertində XVI Benediktə "Bakirə kimi" mahnısını həsr etdi.
Madonna stadionda 60 min tamaşaçı qarşısında çıxışında, "Mən bu mahnını Papaya həsr edirəm, çünki mən Allahın övladıyam, siz də", - deyə bildirmişdi.

Qeyd edək ki, hazırkı pontifik Fransisk Madonnanın görüş təklifinə hələ cavab verməyib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO