“Avroviziya”: Azərbaycan təmsilçisi ikinci məşqinə çıxdı - VİDEO

“Avroviziya”: Azərbaycan təmsilçisi ikinci məşqinə çıxdı - VİDEO

Hazırda oxunan: “Avroviziya”: Azərbaycan təmsilçisi ikinci məşqinə çıxdı - VİDEO

72968

Bu il “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Nadir Rüstəmli ikinci məşqinə çıxıb.

Bizim.Media xəbər verir ki, o, səhnədə “Flade to Black” mahnısını canlı ifa edib.  

Nadirin bu çıxışı yarışmanın rəsmi “Youtube” kanalına yerləşdirilib. Onun ifası ilə yanaşı pilləkanların üzərində qurulmuş səhnə perfomansı da diqqət çəkib.

Orada onun kölgəsini yaradan isə peşəkar rəqqasdır. O, Nadirin hərəkətlərini təqlid edir. Çıxışın sonuna yaxın pilləkən ikiyə ayrılır və Nadirlə rəqqası üz-üzə gəlir.  

Qeyd edək ki, mayın 12-də Turində keçiriləcək ikinci yarımfinalın birinci hissəsində Azərbaycan təmsilçisi Nadir Rüsrəmli “Fade to black” balladası ilə çıxış edəcək. Onun səsvermə nömrəsi 4-dür. 
10-14 may tarixlərində keçiriləcək "Avroviziya" beynəlxalq mahnı müsabiqəsi İctimai Televiziya ilə canlı yayımlanacaq. 

Rəşad Əliyev, Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO