Merlin tənqidlərə SUSMADI: “Müsəlmanlıqdan danışanlar arvadları ilə “rumka-rumkaya” sağlıq gedirlər”

Merlin tənqidlərə SUSMADI: “Müsəlmanlıqdan danışanlar arvadları ilə “rumka-rumkaya” sağlıq gedirlər”

Hazırda oxunan: Merlin tənqidlərə SUSMADI: “Müsəlmanlıqdan danışanlar arvadları ilə “rumka-rumkaya” sağlıq gedirlər”

72745

"Location" gecə klubunda baş verən partlayışda xəsarət alan model Merlin (Təranə Rzayeva) sosial şəbəkə hesabında paylaşımı ilə gündəm olub.  

Bizim.Media xəbər verir ki, sosial şəbəkə izləyicilərinin tənqid dolu şərhləri ilə qarşı-qarşıya qalan Merlin, onun ünvanını “daş-qalaq” edənlərə ağır sözlər ünvanlayıb.  

O bildirib ki, izləyicilərin klublara gedən və orada əylənən insanları əxlaqsız kimi qələmə verməsi yolverilməzdir:  

“Eyni həyat tərzi, sadəcə məkan adı başqa olan yerlərdə yüzlərlə insan əylənir, içki içir, rəqs edir. Sadəcə klub adı olanda hər şey dəyişir. Başa düşmürlər ki, klub əxlaqsızlıq yuvası deyil. Bütün şəhərdəki obyektlər eyni tərzdə fəaliyyət göstərir. “Torqovı” (Nizami küçəsi – Red) küçələri və sonsuz sayda həyatını yaşayan insanlar. Müsəlmanlıqdan danışanlar toylarını içkisiz etməyib, arvadları ilə “rumka-rumkay”a sağlıq gedirlər”.  

Qeyd edək ki, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 30-dan çox adam isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə də ziyan dəyib.     

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO