Serqey Lazarev musiqi fəaliyyətini dayandırır - AÇIQLAMA

Serqey Lazarev musiqi fəaliyyətini dayandırır - AÇIQLAMA

Hazırda oxunan: Serqey Lazarev musiqi fəaliyyətini dayandırır - AÇIQLAMA

72588

Rusiyanın məşhur pop ulduzu Serqey Lazarev musiqi fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. 

Bizim.Media xəbər verir ki, o, dəyişmiş rus reallıqlarında necə davranacağını başa düşmədiyi üçün yeni musiqilər üzərində işlərini dayandırıb.

"Hələ ki, bir az çaşqınlıq içindəyəm, çünki yeni klipləri necə çəkmək və hansı platformalarda təbliğ etmək aydın deyil. Bir çox səs yazma şirkətləri Rusiyanı tərk edir. İşimizdən pul qazana biləcəyimiz bir çox qanuni rəqəmsal platformalar bağlıdır.
Biz bu qədər uzun müddətdir ki, musiqi bazarının leqallaşdırılmasına can atırdıq və musiqi sahəsində sivil münasibətlərə təzəcə gəlmişik və indi yenə hər şey anlaşılmazdır. Hamımız yeni reallığa alışmağa çalışırıq. Bu səbəbdən də yeni albom üzərində işi müvəqqəti olaraq dayandırdım və sonra nə baş verə biləcəyini gözləməliyik".

Müğənni etiraf edib ki, son vaxtlar ictimaiyyətə görünmək istəmir. Lakin pərəstişkarları artıq Lazarevin sosial şəbəkələri yeniləməyi praktiki olaraq dayandırdığını seziblər.

"Ətrafda bu qədər neqativlik, qəzəb, nifrət hökm sürdüyü bu cür təlatümlü bir zamanda mənim üçün ilham almaq çox çətindir. Bütün bunlara qarşı durmaq və dözmək çox çətindir. Belə anlarda özünüzü bağlamaq və heç kimi öz dünyanıza buraxmamaq istəyirsiniz".

Qeyd edək ki, Sergey Lazarev Ukraynadakı hərbi əməliyyatı açıq şəkildə pisləyən rus ulduzları arasında birincilərdən olub, lakin sonradan onun mövqeyinin o qədər də birmənalı olmadığı üzə çıxıb. 
Ötən gün müğənninin Lipetskdə keçirilən “Rusiya üçün” konsertində çıxışı uğursuz olub.

Regional administrasiya, Lazarevin DPR və LPR qaçqınları ilə görüşməkdən imtina etdiyini söyləyib, buna görə də onu Rusiyanın Xalq artisti Nikolay Baskov əvəz edib. Lakin sənətçi öz çıxışından imtina etməyib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO