“7 nəvəmin canı üçün əlavə biznesim və gəlir yerim yoxdur” - Səməd Səmədov

“7 nəvəmin canı üçün əlavə biznesim və gəlir yerim yoxdur” - Səməd Səmədov

Hazırda oxunan: “7 nəvəmin canı üçün əlavə biznesim və gəlir yerim yoxdur” - Səməd Səmədov

7254

Azərbaycanda koronavirus epidemiyasına görə kütləvi mərasimlər, o cümlədən toylar təxminən 10 aydır ki, qadağan edilib, kafe və restoranlar işləmir. Toyların, ad günlərinin keçirilməməsi müğənnilərin və sənət adamlarının dolanışığına necə təsir edib? Onlar bu aralara necə dolanıblar?

Xalq artisti Səməd Səmədov bildirir ki, ancaq pensiya və xalq artisti adından aldığı təqaüd hesabına dolanır:

- 7 nəvəmin canı üçün əlavə biznesim və gəlir yerim yoxdur. Yoldaşım da  44 nömrəli məktəbdə müəllimədir. Onun maaşını da evə xərcləyirik.

Müğənni Xuraman Şuşalı isə deyir ki, bizdə karantin qaydaları çox uzandı. Qonşu ölkələrdə qaydalar nisbətən yumşaldıldı. O aralarda biz də yumşalmağa gedə bilərdik. Onsuzda avtobusda marketlərdə sıxlıq var. Bununla da yoluxma sayı artır. Məsələn 500 nəfərlik zalda 100 nəfərlik ara məsafəni qorumaqla toy etmək olardı. Ancaq qanun hamı üçün qanundur. Nə edək? Tək həyat yoldaşım işləyir. 4 uşağa və mənə baxır. Mən ağlamıram ha... Sadəcə olaraq demək istəyirəm ki, 4 uşaqla əziyyət çəkirəmsə, görün indi digər ailələrin vəziyyəti necədir.

Əməkdar artist Nüşabə Ələsgərli isə söyləyir ki, pandmeiyada xərcləri az çıxıb:

- Hər zaman evdə olmuşam pandemiya dövründə bir iki dəfə çəklişlərə getdim. İkinci dalğa gələndən sonra isə ancaq evdə oldum. Müharibə dövründə heç bir efirə çıxmadım. Başqa korporativ tədbirlərə də qatılmamışam. Anacaq evdə online dərs keçirəm. Maddi olaraq da elə bir alış verişimiz olmadı ki, xərcimizi qarşılaya bilməyək. Ancaq qida və  komunal xərclərə  pul ödəyirik.

Xalq artisti Fidan Qasımova isə söyləyir ki, nəyin ki, pandemiya maddi vəziyyəti yaradıcılıq fəaliyyətini də tamamilə dondurub.

Müğənni Vasif Məhərrəmli bildirir ki, sərt karantin dövründə  heç vaxt olmadığı qədər dincəlib. “Maddi olaraq da şükürlər olsun heç kimin qapısını döymədik”.

Gülşanə Mustafayeva, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO