Nadir oğlunun toyuna gəlməyən Natavandan incidi: “Yaşın 40-a çatır…”

Nadir oğlunun toyuna gəlməyən Natavandan incidi: “Yaşın 40-a çatır…”

Hazırda oxunan: Nadir oğlunun toyuna gəlməyən Natavandan incidi: “Yaşın 40-a çatır…”

72507

"Oğlumun toyunda Zülfiyyə Xanbabayevanı görmək istəyərdim. Uşaqlar Röyanı arzuladılar. O da sağ olsun gəldi. Röya toya ulduz kimi yox, ev adamı kimi gəldi. Brilliant Dadaşova ilə Tünzalə Ağayevanı toya dəvət etsəm də, heç biri gəlmədi. Gəlib "Xoşbəxt olsun" demək nə çətin bir şey idi ki?! İncimədim. Gəlməyiblər, Allah canlarını sağ eləsin". 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu "7 özəl" axşam şousunda deyib.  

Sənətçi böyük oğlu Loğmanın toyuna bir sıra ifaçıları çağırsa da, lakin onlar məclisə gəlməyib. Nadir xanım həmkarı və dostu Natavan Həbibidən də küsdüyünü açıqlayıb.

Qafarzadə bildirib ki, qarşı tərəfin toyunda iştirak etsə də, Həbibi onun oğlunun məclisinə gəlməyib. Bu səbəbdən ikili arasında inciklik yaşanıb. 

"Natavan Həbibi özünü ulduz kimi aparır. Artıq dostlarını da saymır. Mənə elə gəlir ki, o, dostlarını unudub. Elə insanlar var ki, dostluq eləməyi bacarmır və ya dostu ilə düşmənini doğru-düzgün ayıra bilmir. Bəlkə də yeganə adam idim ki, Natavanın toyunda sevindiyimdən dəli kimi oynamışdım.

Natavanın toyunda onun önündə diz çöküb oynamışam. Bunu bilənlər, bilir. Yəni Natavan mənim üçün o qədər dəyərli idi ki,... 
İnanmıram ki, kimsə mənim kimi eyni addımı atsın. Sevgimi bu cür fərqli şəkildə ifadə etdim. Amma Natavan oğlumun toyuna gəlmədi. Mən küsürəm. Uman yerdən küsərlər. Mənə söylədi ki, toya gələcəyəm. Oğlum balaca olanda deyirdim ki, sənə toy eləsəm hansı müğənnini çağırım? Deyirdi ki, Natanı çağır. Oğlum demirdi ki, ata sən oxu, Natavanın gəlib oxumasını istəyirdi. Amma o toya gəlmədi". 

Qafarzadə Həbibiyə məslətindən də qalmayıb. 

"Biraz "düşün-daşın". Yaş da gedir. O 40-a, məndə 50-yə yaxınlaşıram. Artıq gəncliyimiz gedib. Kaprizləri kənara çəkmək lazımdır. Dostlarını yığ başına. İstiqanlı ol. Soyuqqanlı olma. Natavan soyuqqanlıdır.
Əslində, o belə deyil, lakin elə təəssürat yaradır. Belə oturanda adamla çox yaxşı söhbət edir. Efirdən özünü elə göstərirsən ki, beləcə insanları özündən uzaqlaşdırırsan. "Yaxın gəl" anlayışını özündə çoxalt. Xoşbəxt ol". 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO