"Avroviziya" təmsilçimiz Nadir ilk məşqini etdi - FOTO/VİDEO

Hazırda oxunan: "Avroviziya" təmsilçimiz Nadir ilk məşqini etdi - FOTO/VİDEO

72442

Azərbaycanın “Avroviziya 2022” beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi, müğənni Nadir Rüstəmli Turində “Pala Alpitur” konsert və idman arenasının səhnəsində ilk müsabiqə məşqini keçirib.

Bizim.Media xəbər verir ki, təmsilçimizin səhnə əsərinin quruluşçu rejissoru daha əvvəl Çingiz Mustafayev və Samirə Əfəndi, eləcə də bir çox danimarkalı iştirakçılar üçün müsabiqə nömrələri hazırlamış Dane Mads Enqaard məxsusdur.

Qeyd edək ki, mayın 12-də Turində keçiriləcək ikinci yarımfinalın birinci hissəsində Azərbaycan təmsilçisi Nadir Rüsrəmli “Fade to black” balladası ilə çıxış edəcək.

Onun seriya nömrəsi 4-dür. 10-14 may tarixlərində keçiriləcək "Avroviziya" beynəlxalq mahnı müsabiqəsi İctimai Televiziya ilə canlı yayımlanacaq.

Rəşad Əliyev, Bizim.Media
 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO