Nazilə tərəfindən məhkəməyə verilən Fatimə:

Nazilə tərəfindən məhkəməyə verilən Fatimə: "Heç vaxt üzr istəməyəcəyəm" 

Hazırda oxunan: Nazilə tərəfindən məhkəməyə verilən Fatimə: "Heç vaxt üzr istəməyəcəyəm" 

72418

"İnsan niyə bu qədər nankor olmalıdır?! Yarım əsr yaşın var, dincəl də. Xonça mağazası açdı, açılışına getdim, oranı reklam etdim. Gözəllik salonu açdı, oraya da gedib, açılışda iştirak etdim. Halal xoşun olsun. Düş mənim yaxamdan. Durduğum yerdə özünü mənimlə piar etdiyinə və maddi-mənəvi ziyan vurduğuna görə məhkəməyə verib, çox böyük miqdarda təzminat tələb edəcəyəm. Məhkəmə olsun, təzminatını ödəyər, sakitləşib, dincələr".  

Bizim.Media xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli "ŞouRum" maqazin verilişinə müsahibəsində deyib. Sözügedən proqramda qonaq olan və Nazilə Səfərli ilə aylar əvvəl böyük qalmaqal yaşayan rəqqasə Fatimə Fətəliyeva qarşı tərəflə "burun-buruna" gəldi. Fatimə Nazilənin bu sözlərini həzm etməyib, onu "qatdı-qabağına".  

Belə ki, Fətəliyeva aylar əvvəl sosial şəbəkə hesabında canlı yayım açaraq Səfərliyə illər əvvəl onun xonça evinə gələrək, oriyental geyimlər kirayə götürdüyünü açıqlamışdı. Bu ittihamlardan sonra Nazilə Fatiməni məhkəməyə verib.  
Rəqqasə həftələr sonra bu açıqlamasına belə şərh bildirib: "Xonça evimə gəlib, məndən oriyental rəqs paltarları istədin.

Mən də verdim. Sən əgər ərəb rəqsi oynayan rəqqasə deyilsənsə, o zaman o geyimləri niyə götürdün?

Deyir ki, bizim bədən ölçülərimiz düz gəlmir. Xonça evimdə geyimlər bir ölçüdə yox, bir neçə ölçüdədir. Sənə canlı yayımda sual verirəm, o ərəb geyimlərini götürüb, hara getdin? Hara getdiyini bilmirəm. Sadəcə ona sual verdim. Bu suala görə adamı məhkəməyə verirlər?

Deyir ki, Fatimə mənim şərəf və layəqətimə toxunub. Sən məni təhqir etmisən, ad çəkməmisən amma bu sözlərin mənə aid olduğunu hamı bilir. Getsin versin məni məhkəməyə.

Nazilə söyləyir ki, mənə şans verib. Mənə şans verib ki, ondan üzr istəyim. Həyatda etdiyim səhvlərə və günahlara görə bir Allahdan, bir də xətrinə dəymişəmsə, anamdan üzr istəyə bilərəm. Amma həyatı boyu səndən heç vaxt üzr istəməyəcəyəm.
Bu mümkün deyil. Yalnız o təqdirdə Nazilədən üzr istəyərəm ki, çıxıb desin ki, Fatimə, bu sözlərimi sənə deyil.

Başqa bir rəqqasəyə demişəm. Ad çəksin və bilək. Amma bu oyun nəyə lazımdır? Yenə də məni pisləyib, vurmaq istəyir. Rəqqasə deyə-deyə qalıb. Rəqqasənin adı var Fatimə Fətəliyeva. Soyadıma baxn - Fətəliyeva".  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO