Müğənni Aysun İsmayılovanın oxuduğu "Bəlkə gələsən" mahnısını həmkarları Sevil və Sevinc Səfərova bacılarının bəyənməməsi üçlü arasında qalmaqala səbəb olub.
Bizim.Media xəbər verir ki, ötən həftələrdə "ŞouRum" maqazin verilişində qonaq olan Səfərova bacılarının İsmayılovanın sözügedən mahnısına "son zamanlar belə mahnılar dinləmək istəmirəm. Yəni ağlamaq istəmirəm" – deyə şərh verməsi, qarşı tərəfi "cin atına" mindirib.
Aysun "ŞouRum" kamerası önünə keçib, bacıları sözləri ilə belə sancıb:
"Kimin dinləyib-dinlənməyəcəyi maraqlı deyil. Çünki, o mahnını şəhidlərimizə həsr etmişəm. Bu mahnını şəhid ailələri dinləyirsə, o mənim üçün dünyadır. Sevil-Sevinc dinləməsə də olar".
Əkiz bacıların meyxanaçı Namiq Qaraçuxurlu ilə duet oxuduğu "Oxşamıram" mahnısına isə İsmayılova "yerdən yerə" vurub:
"Onların oxuduğu duetlərini sevmədim. O mahnı mənə yapışmadı. Əkizlərin digər mahnılarını, "mashup"larını sevirəm, amma bu mahnıları heç xoşuma gəlmədi".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:34 / 02.05.2022
Bir mahnı Sevil Sevinc bacıları ilə Aysunu düşmənə çevirdi - VİDEO
Hazırda oxunan: Bir mahnı Sevil Sevinc bacıları ilə Aysunu düşmənə çevirdi - VİDEO
Hazırda oxunan: Bir mahnı Sevil Sevinc bacıları ilə Aysunu düşmənə çevirdi - VİDEO
72408
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.