Şairə Nazilə Səfərlinin oğlu Nurlanın nikahı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Nazilə sosial şəbəkə hesabında məlumat verib.
Şairə oğluna analoqu olmayan, ideyası isə özünə məxsus nikah mərasimi təşkil edib.
O, dağın ətəyində, şəlalənin axdığı bir məkanda az sayda qonağın iştirakı ilə oğlu Nurlanı və onun sevib seçdiyi yarı Nuranəni evləndirib. Lakin cütlüyün görüntülərini Nazilə yayımlamayıb.
Kadrlarda şəlalənin səsi eyni zamanda xanımların skripkada ifasının əks olunması nikah mərasimini daha da romantikləşdirib.
Nazilə Səfərli paylaşdığı görüntülərə, "Bu gündən oldum rəsmi qaynana. Yağmurlu havada oğlumun nağıllara bənzər nikahı baş tutdu.
Oğluma nağıllara tay olacaq guşə seçib, tərtib etdik. İdeyası isə özümə məxsusdur" deyə, şərh yazıb.
Qeyd edək ki, N. Səfərli müsahibələrinin birində gəlini Nuranənin məmur olduğunu açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media