Pərvin Abıyeva:

Pərvin Abıyeva: "Kişilər məni daha çox tənqid və təhqir edirlər" - VİDEO

Hazırda oxunan: Pərvin Abıyeva: "Kişilər məni daha çox tənqid və təhqir edirlər" - VİDEO

72220

“Son zamanlar qadınlar məni daha çox dəstəkləyir. Kişilər mənim paxıllığımı çəkir. Nə məsələdir, bunu heç özüm də bilmirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva “MTV maqazin” verilişinə müsahibəsində deyib. 

Aktrisa sosial şəbəkələrdə həmcinslərindən çox, əks cinsin nümayəndələri tərəfindən tənqid və təhqir olunduğu açıqlayıb:

“Bilmirəm səbəb nədir, amma sosial şəbəkədə kişilər məni daha çox tənqid və təhqir edirlər, qıcıqlandırmağa çalışırlar”. 

Dost sarıdan yarımadığını söyləyən P.Abıyeva artıq heç kimi yaxınına buraxmadığını dilə gətirib:  

“Nə rəfiqəm var, nə də dostum. Anladım ki, heç kimə sirrini vermək olmaz. Kiminsə yanında şəxsi həyatını nümayiş etdirməməlisən”. 

Həyatında bir bəyin olduğunu etiraf edən aktrisa ailə qurmaq istəmədiyini söyləyib. 

“Ərə getmək, evlilik haqda düşünmürəm. Ünsiyyətdə olduğum, flirt etdiyim insan var. Amma ərə gedirəm deyə bir şey yoxdur. Evlilik söhbətlərindən artıq yorulmuşam. Hər şeyi qismətə bağlayıram. Bir neçə dəfə evlilikdən geri dönmüşəm. Oğlan istəyir evlənmək, amma iş valideyinlərə, ailəyə çatanda etiraz edirlər. Mən o ailəni qınamıram. Hər ana-ata istəmir oğlu sənət adamı ilə ailə qursun”. 

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO