Tanınmış müğənnidən ETİRAZ: “Gic-gic söhbətləri yığışdırın..

Tanınmış müğənnidən ETİRAZ: “Gic-gic söhbətləri yığışdırın..

Hazırda oxunan: Tanınmış müğənnidən ETİRAZ: “Gic-gic söhbətləri yığışdırın..

7221

“Müxalifətlə heç bir əlaqəm və siyasi marağım yoxdur. Məqsəd güdmürəm. Emossional insanam. Sadəcə ədalət tərəfdarıyam. Gic-gic söhbətləri yığışdırın. Öz alçaq fantaziyalarınıza uyğun fikirləri özünüzə saxlayın. Azca düşünən beyin görən kimi höllənməyin!”.

Bizim.Media xəbər verir ki, bu sözləri tanınmış estrada müğənnisi Nura Suri özünün “Facebook” hesabında yazıb. Müğənni sosial şəbəkə istifadəçilərinə səslənərək, onları bəzi məsələlərdə ittiham edib:

“İndi elə zəmanədir ki, heç kəsə etibar yoxdur. Arada insanlardan uzaqlaşmaq yaxşıdır. Martdan bəri stress, qorxu, xəstəlik, müharibə insanların bir-birinə aqressiyasını artırıb. Emossional insanlardan qorxmuram. Aqressiyasını, emosiyalarını göstərən insanlar o qədər də təhlükəli deyil. Həyatımıza asta-asta, sakitcə, emosiyasız girən insanlar təhlükəlidir. Nə fikirləri, nə məqsədləri bəlli deyil..."

"Hər adamın yanında artıq heç nə danışmayın. Danışanlara qulaq asmayın, susdurun. Sonra dediklərini sizin adınıza çıxacaqlar. Hamının əlində telefon: Ya video çəkirlər, ya səs yazırlar...Telefonda, danışanda belə bütün zəngləri yazan insanlar var. Biri bir səhv edən kimi az qalırlar həmin adamı daş-qalaq edələr. Mən heç kəsə etibar etmirəm. Dostlarımdan belə uzaqlaşmışam. Mənə və ya onlara qarşı bir səhv olsa bir-birimizdən şübhələnməyək deyə…“

Müğənninin sözlərinə görə yazdığı bəzi statuslardan narahat olan insanlar var:

“Hələ bir dəfə də olsun öz şəxsi problemimlə bağlı status yazmamışam. Ancaq insanları düşünərək onların problemlərini işıqlandırmışam".

"İnsanların xoşbəxt olması üçün iş görə bilmirsinizsə, onlara dəxlisiz iradlarınızla yaşamağa mane olmayın. Sizi bilmirəm, amma mən nəinki insanlara, heyvanlara da biganə qalmıram. Əlimdən gələn köməkliyi edirəm. Dostlarıma, tanımadıqlarıma sözlə, əməllə, maddi və mənəvi yardım edirəm. Amma çoxlarınız yardımı da reklam və öz maraqlarınız üçün edirsiniz”.

Alçina Amilqızı,Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO