“Manafın başına xoşagəlməz hadisə gələndə, mən ora getməmişdim. Amma gərək gedərdim və qapısında oturardım. Sadəcə bütün bu hadisələr canımla əlləşdiyim bir zamana təsadüf etdi”.
Bizim.Media xəbər verir ki, Mətanət Əsədova bu sözləri qonaq olduğu “Zaurla Günaydın” səhər şousunda deyib.
Sənətçi həmkarı Manaf Ağayevlə incikliyindən danışaraq, ona olan bağlılığını belə dilə gətirib:
“Gözümü açdım gördüm ki, xəstəxanaya məni görməyə Zaurla Günayla Manaf da gəlib. Həmin an kövrəlib, ağladım. Xəstəxanada ölmüşdüm. Hamı elə düşündü ki, mən plastik əməliyyat elətdirmişəm. Siz gələndə, həkimlər mənə ağrıkəsici iynələr vurdular ki, ağrılarım olmasın. Haldan hala düşdüm, gözlərim doldu. Manaf məni o vəziyyətdə görəndə rəngi-ruhu qaçdı. Elə sancılarım var idi ki, az qala ölürdüm.
Elə günlər olub ki, açmışam qapını Manaf mənə Gəncə səbəti yollayıb, içində də konvertdə pul. O, ömür boyu mənə qarşı belə olub. Manaf mənə hər zaman elə diqqət yetirir. Manafla aramızda inciklik olmuşdu. O, mənim qardaşımla həmyaşıddır. Hər zaman ona kiçiklik eləyirəm. Manaf kişi xeylağıdır, qoymaz mən onun qarşısında əyilim.
Nüşabə Ələsgərli ilə telefonda danışanda, ağlamağa başladım. Mənə deyir ki, axı sən niyə ağlayırsan. Deyirdim ki, bizim aramızda inciklik ola bilməz. Manaf mənə nə ev, nə maşın almayıb, milyonlar verməyib. Manaf bilir ki, mən onun qadın variantıyam. Canavar kimiyəm, hər işimi özüm həll edirəm.
Məni Manafa bağlayan yumor hissi, içinin təmizliyi, insanlığı,əliverimliyi, dostacanlı və əsl insandır, pis günü nəzərdə tutmuşam. Mən ona görə, Manafı bu qədər çox istəyirəm”.
Qeyd edək ki, Mətanət Əsədova ötən günlərdə əməliyyat olunub. Onun zob bronxlarında dörd ədəd şiş aşkarlanıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:24 / 30.04.2022
Mətanət Əsədova: “Mən Manafın qadın variantıyam” - VİDEO
Hazırda oxunan: Mətanət Əsədova: “Mən Manafın qadın variantıyam” - VİDEO
Hazırda oxunan: Mətanət Əsədova: “Mən Manafın qadın variantıyam” - VİDEO
72167
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.