Klubdakı partlayışda yaralanan Merlindən qıcıqlandıran sözlər: “Qaz balonu göstərin” 

Klubdakı partlayışda yaralanan Merlindən qıcıqlandıran sözlər: “Qaz balonu göstərin” 

Hazırda oxunan: Klubdakı partlayışda yaralanan Merlindən qıcıqlandıran sözlər: “Qaz balonu göstərin” 

72022

"Location" gecə klubunda baş verən partlayışda xəsarət alan model Merlin (Təranə Rzayeva) sosial şəbəkə hesabında paylaşımı ilə diqqətləri üzərinə çəkib.  

Bizim.Media xəbər verir ki, o, partlayışda xəsarət alan rəfiqəsi bloger Aysel Şükürlə Şəkiyə gedərək, oradan lentə aldığı yeni fotolarını yayımlayıb.  

T.Rzayeva paylaşdığı şəkilləri belə şərh edib: "İstənilən qaz balonu göstərin oradan sağ çıxmasaq bu sənəti atırıq".  

Fotolarda ağır yanıq bədən xəsarətli alan ikilinin səhhətləri ilə bağlı vəziyyətlərinin qənaətbəxş və gümrah olması  diqqətdən yayınmayıb. Həmçinin görüntülərdə Ayselin hər iki ayağındakı böyük ölçülü yanıqlar da öz əksini tapıb. Xatırladaq ki, Aysel ayağından 4 dəfə əməliyyat olunub.   
Qeyd edək ki, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 30-dan çox adam isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə də ziyan dəyib.   

Rəşad Əliyev, Bizim.Media










 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO