Xərçəngdən əziyyət çəkən Afaq Bəşirqızı: “Amaliya bu xəstəlikdən tamamilə ətini tökmüşdü” 

Xərçəngdən əziyyət çəkən Afaq Bəşirqızı: “Amaliya bu xəstəlikdən tamamilə ətini tökmüşdü” 

Hazırda oxunan: Xərçəngdən əziyyət çəkən Afaq Bəşirqızı: “Amaliya bu xəstəlikdən tamamilə ətini tökmüşdü” 

72015

“Ağadadaş Ağayevin sağalması üçün dövlət rəhbərindən başqa heç kim köməklik göstərmədi. Amma Ağadadaş günü bu günə kimi prezident təqaüdü almır. Almalıdır. Hər kəsin haqqı özünə verilməlidir. Ağadadaşın 18-35 yaşı olsaydı, deyərdim ki, alar, hələlik tezdir. Çünki 60 yaşında verilər prezident təqaüdü. Amma indi Ağadadaşa verilməldir. Hazırda bu işlərə elə bir insan baxır ki…

Bilirəm ki, o haqqın tərafdarıdır. Haqqı nahaqa qurban verməyən bir insandır. Ümid edirəm ki, yaxın zamanda Ağadadaşa bu təqaüd veriləcək.

Mən Ağadadaşın pulunu saymıram. Mən onun prezident təqaüdçüsü adını sayıram. Çünki o, buna layiqdir. Gördünüz, Ağadadaş yeni mahnı yazdırıb. Yəni, bu insan səhhətindən, ağrılarından aslı olmayaraq işləyir. Sənətkardır, başını aşağı salıb, sənəti ilə məşğuldur.  Ona görə Ağadadaş zamanında bu təqaüdü almalıdır”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı Xalq artisti Ağadadaş Ağayevlə birgə qonaq olduğu “Günün sədası” səhər şousunda deyib.  

Aparıcı Nanə Ağamalıyeva proqramın gedişatında A.Bəşirqızının səhhəti ilə maraqlanıb. Onun “Mən bilmirdim ki, sizin bu qədər ciddi xəstəliyiniz var” sözlərinə sənətkar mərhum Amaliya Pənahovanı yad edərək belə münasibət bildirib.  

“Vəfatından əvvəl Amaliya xanımın xarici görünüşü çox dəyişilmişdi. Yazdılar ki, Amaliya bu yaşda plastik əməliyyat etdirib. Amma halbuki Amaliya həmin o xəstəlikdən tamamilə ətini tökmüşdü”.  

Afaq xanımın bu çıxışından sonra A.Ağayev mövzu ilə bağlı fikirlərini belə dilə gətirib.  

“Afaq xanım məndən beş betər. Heç bilmirdim ki, o belə xəstələnib və ağır əməliyyat keçirib. Bizim diaqnozumuz eynidir”  

Qeyd edək ki, Ağadadaş Ağayev uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. O, Türkiyənin İstanbul şəhərində yerləşən xəstəxanaların birində əməliyyat olunub. Mərhum Xalq artisti Amaliya Pənahova da eyni diaqnozdan 4 il əvvəl - 73 yaşında dünyasnını dəyişib.   

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO