"Valideyinlərim məni səhnəyə qormurdu. Qəti sürətdə müğənni olmağımı istəmirdilər. Mən oxumaq istəyirdim, rejissor olmaq yox. Televiziyada çıxıb oxuyandan sonra, evdə böyük qırığın olmuşdur".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva qonaq olduğu "Görüş yeri" proqramında deyib.
Sənətçi illər əvvələ qayıdaraq, valideyinlərinin onun müğənni olmasına qarşı çıxdıqlarını açıqlayıb.
"Valideyinlərimə söz verdim ki, siz mənimlə fəxr edəcəksiz. Sizin başınızı aşağa salmayacağam. Bu gözəl sənəti mən gözəl də təbliğ edəcəyəm. Belə deyə-deyə gəldim çıxdım..."
Z. Xanbabayeva əvvəlcədən heç bir plan qurmadığını, həyatı axarına buraxdığını vurğulayıb:
"Deyim ki, oturub planlar qururam... Yox! Bu günümü yaşayan insanam. Bir söz var, dünən yox, bu gün yox, sabah yox. Bu dəqiqə, bu saniyə var".
Qeyd edək ki, Zülfiyyə Xanbabayevanın həyat yoldaşı Zaur Məmmədov “Simurq” futbol klubunun keçmiş prezidenti olub. Cütlüyün Dəniz adlı qız övladı var.
Rəşad Əliyev, Bizim.Media