Yaşar Nurinin qızı boşanmasından danışdı:

Yaşar Nurinin qızı boşanmasından danışdı: "Mənə xəyanət etdi" - VİDEO 

Hazırda oxunan: Yaşar Nurinin qızı boşanmasından danışdı: "Mənə xəyanət etdi" - VİDEO 

71911

“Sevib ailə qurmuşam. Bir il evli qaldıq, sonra da ayrıldıq. Keçmiş həyat yoldaşım müəyyən işlərə görə çıxdı getdi başqa ölkəyə. Məndə ondan ayrıldım. Çünki orada onu gözləyən artıq başqa insan var idi. Mən də bunu qəbul etmədim, ayrıldım”.  

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Yaşar Nurinin müğənni qızı Ülkər “Günün sədası” səhər şousunda deyib.

Sənətkarın qızı həyat yoldaşının ona xəyanət etdiyini açıqlayıb:

“Bu da bir sevgi. 3-4 il bir-birimizi sevdik, sonda da ayrıldıq. O başqa ölkəyə getdi, ona zəng vurdum. Onun yerinə telefona başqa bir xanım cavab verdi. Qadın mənə söylədi ki, “Mənim həyat yoldaşıma niyə zəng edirsən?”.
Bu səbəbdən ondan ayrıldım. O insan məni o qədər neqativlə doldurmuşdu ki, insan ailə quranda o məsuliyyəti hiss etməlidir.

O hər şeyə çox pis, biganə yanaşırdı. Məsələn, ona deyirdim ki, evə çörək lazımdır, deyirdi ki, mağaza buradadır, get özün al.

O, əkizlər bürcü idi, eqolu idi. Yalnız öz eqolarını irəli sürməyə çalışırdı. Məndə gözəl ailədən çıxmışam. Hər şeyin ən yaxşısını görmüşəm. Amma o, kasıb idi. Mən isə ona artıq uyğunlaşmışdım. Düşünürdüm ki, ailədir, onu istəyirəm. Amma gördüm ki, bunların heç birinə qarşı tərəf dəyər vermədi”.  
Ülkər bildirib ki, atası ona həmin şəxslə evlənməməyi məsləhət görüb: “Atam məni ona vermirdi. Atam bircə dəfə bizi gördü. O, çox böyük psixoloq idi. Anama söylədi ki, “Bu istəyir Ülkəri?! Ondan Ülkərə həyat yoldaşı olmaz”. Atamın çox dürüst hissiyatı vardı”.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO