Səidə Dadaşovadan həmkarlarına qadağa:

Səidə Dadaşovadan həmkarlarına qadağa: "Aslanın mahnılarını oxumayın!" - VİDEO

Hazırda oxunan: Səidə Dadaşovadan həmkarlarına qadağa: "Aslanın mahnılarını oxumayın!" - VİDEO

71777

"Müğənnilərə Aslanın mahnılarını oxumağa qadağa qoyuram".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova qonaq olduğu "7 canlı" axşam şousunda deyib. 

Mərhum dostu və sənət yoldaşı Aslan Hüseynovla xatirələrini bölüşən Səidə həmkarlarına efir vasitəsi ilə ismarıc göndərib. 
O, A.Hüseynovun repertuarında yer alan mahnıların digər müğənnilər tərəfindən ifa edilməsinə qarşı çıxıb. 

"Bunu ərkyana deyirəm. Söhbət arada gəzən müğənnilərdən gedir. Onlar özləri çox yaxşı bilirlər, kimi nəzərdə tuturam. Misal üçün Rüfət Axundov Aslanın mahnısını oxuyub, çox gözəl. O, bizim ortaq dostumuzdur. Ona Aslanın mahnılarını oxumaq olar. Rüfət Aslanın mahnılarını sağlığında da ifa edib. Mən bilirəm Aslan kimə qadağa qoyub, kimə qoymayıb".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO