“Aylıq maaşı olanları çıxmaq şərti ilə elə bil digərlərində həyat dayanıb. Dekabrdan bu tərəfə, demək olar ki, ölkədə nə kino çəkilir, nə də reklam. Ondan əvvəl də vəziyyət ürəkaçan deyildi. Nə edək, biz də indi aylıq maaşı olan bir iş tapıb 16 il çəkdiyimiz əziyyətin bəhrəsini görmədən bu sahənin səhifəsini bağlayaq?”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Best Model of The World” titulunun sahibi, azərbaycanlı model Rüstəm Cəbrayılov sosial şəbəkə hesabında yazıb.
İşsizlikdən şikayətlənən model məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə də müraciət etdiyini bildirib.
“Kiçik bir qığılcım belə yoxdur. Mən bir vətəndaş, azərbaycanlı olaraq öz sahəmdə 98 ölkə içində “Best Model of The World” (dünya birincisi) seçilmişəm, Nyu-Yorkda podiuma, Fransa və İtaliyada fəşn mərkəzlərdə səhnəyə çıxmışam, 5 önəmli filmdə əsas rol ifaçısı olmuşam və daha nələr-nələr... Bundan artıq daha nə etmək lazımdır ki?”
Cəbrayılov həmçinin teatrda da işə düzələ bilmədiyini yazıb.
“Bacarmırsınız, çəkilin qırağa ya da bacaranlara şərait yaradın, bir iş görək də, ömürdən gedir axı, bu qədər lağlağı olar? Mən ömrümü bu sahəyə ayırdım, bu gün yaxşı olar, sabah yaxşı olar...
Bütün dünya ölkələrində yaxşı oldu, bir bizdə yaxşı olmadı. Xaricdə çox böyük çəkilişlərdə oldum, “fashion weeklər”də oldum, çox məşhur insanlarla çalışdım, böyük təcrübə yığdım. İndi də 35 yaşım var. Maraqlıdır, hansı dövlət qurumu məni işə qəbul edər? Nə bilim... Onu bilirəm ki, nifrətim hər keçən gün güclənir, heyif...”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:15 / 27.04.2022
Rüstəm Cəbrayılov işsizlikdən ŞİKAYƏTLƏNDİ: “Daha nə etmək lazımdır?"
Hazırda oxunan: Rüstəm Cəbrayılov işsizlikdən ŞİKAYƏTLƏNDİ: “Daha nə etmək lazımdır?"
Hazırda oxunan: Rüstəm Cəbrayılov işsizlikdən ŞİKAYƏTLƏNDİ: “Daha nə etmək lazımdır?"
71722
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.