Oğlu ilə qalmaqal yaşayan Dana: “Mənimlə görüşməyə can atmır” - VİDEO

Oğlu ilə qalmaqal yaşayan Dana: “Mənimlə görüşməyə can atmır” - VİDEO

Hazırda oxunan: Oğlu ilə qalmaqal yaşayan Dana: “Mənimlə görüşməyə can atmır” - VİDEO

71245

"Ev almağa can atmıram. Çünki ev alsam, mahnı, klip, geyim, yeni layihələrim, uşağımın təhsil haqqı qalacaq. Çox şeyə çatdırıram. Ona görə hələ ki ev almaq məsələsi alınmır. Evim vardı, 5-6 il əvvəl onu satmaq məcburiyyətində oldum. Əsas odur ki, Allah yetirir, mən də gündəlik xərcləri ödəyə bilirəm".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Dana Durdana "Evdəkilərə salam" əyləncəli-musiqili proqramda qonaq olarkən deyib. 

Oğlu Muradla yaşadığı qalmaqallı hadisələrdən sonra kənara çəkilən sənətçi, hələ də onunla barışmadığını və yolunu gözlədiyini bildirib.

"Mayın 14-ü böyük oğlumun 18 yaşı olur. O, Sumqayıt şəhərində qalır. Əvvəllər atası ilə qalırdı, indi isə bibisi ilə. Oğlumla arada görüşürük. Onun da işləri olur. İdmana gedir. Oğlum əvvəldən atası ilə yaşayıb. Mən də onun bu seçiminə və fikirlərinə artıq hörmətlə yanaşıram. Çalışmıram nələrisə dəyişim. Oğlum mənimlə görüşməyə indi də heç can atmır. Anayam, gözləyirəm ki, övladım gələcək".
Qeyd edək ki, Dana Durdanə müsahibələrinin birində 8 il xərçəngdən əziyyət çəkdiyini və birinci oğlu Muradı bu xəstəliklə dünyaya gətirdiyini söyləyib. 

Rəşad Əliyev, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO