Türkiyənin məşhur müğənnisi Mustafa Ceceli Bakıya gəlib.
Bizim Media xəbər verir ki, sənətçi ötən axşam Bakı Konqres Mərkəzində canlı solo konsert proqramı ilə çıxış edib.
Səhnəyə çıxan Ceceli öncə Azərbaycan dilində tamaçıları salamlayıb, daha sonra hit bəstələrini arda-arda düzərək ifa edib.
Anşlaqla keçən musiqili gecədə ulduz Azərbaycan xalq mahnısı "Tar kamanım, gəl, gəl" mahnısını da səsləndirib.
Canlı musiqiçilərin müşayət etdiyi konsertdə Mustafa Cecelinin qardaşı Sinan Ceceli də çıxış edib.
Rəşad Əliyev, Bizim.Media