"Tünzalə qızım, xoşbəxt qadın xoşbəxt ana olandır. Xoşbəxt insan, ətrafındakı insanların ona olan rəğbətinə şahidlik edəndir. Xoşbəxt sənətçi isə şadlığına sevinən, kədərini bölüşən tamaşaçısı olandır. Ömrün bu bəxşişlərini çoxdan almısınız".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova səhhəti pisləşən "Toppuş" ləqəbi ilə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanın ünvanına yazıb.
Sənətkar aktrisaya çətin günündə dəstək çıxaraq, onu bu xəstəliklə mübarizədə daha da güclü olmağa səsləyib:
"Həyatın dəyəri, insanın mənliyidir. Güclü olmaq dözüm deyil, əzm deyil... Güclü qadın, özünün bir parçasına - "Anam hər zaman haqlıdır. Anam doğrusunu bilir. Anam ən gözəl insandır" kəlimələrini əməlləri ilə örnək olub dedizdirə biləndir. Bunu da siz bacarmısınız. İndi bir can sınağınız var. Bunun da öhdəsindən gələcəksiniz. Keçəcək… Əminəm... Sizin sevginizdən, niyyətinizdən, arzularınızdan əminəm. Tanrının böyüklüyündən əminəm. Yaxın günlərdə "həyata gözəl dərs verdin, qızım" deyib, saçlarınızdan öpəcəyimdən".
Qeyd edək ki, Tünzalə Əliyeva bir neçə gün əvvəl Bizim.Media-nın əməkdaşı ilə söhbətində yenidən kimyaterapiya qəbul etdiyini, şişin daxili orqanları ağciyər, qaraciyər və sümüyə belə yayılmasını açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:21 / 23.04.2022
Flora Kərimova “Toppuş bacı” haqqında – “Xoşbəxt qadın xoşbəxt ana olandır”
Hazırda oxunan: Flora Kərimova “Toppuş bacı” haqqında – “Xoşbəxt qadın xoşbəxt ana olandır”
Hazırda oxunan: Flora Kərimova “Toppuş bacı” haqqında – “Xoşbəxt qadın xoşbəxt ana olandır”
71065
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.