Evli iş adamı azərbaycanlı aparıcıya eşq elan etdi - VİDEO 

Evli iş adamı azərbaycanlı aparıcıya eşq elan etdi - VİDEO 

Hazırda oxunan: Evli iş adamı azərbaycanlı aparıcıya eşq elan etdi - VİDEO 

70717

“Onun sirri” verilişinin aparıcısı Lətafət Ələkpərovaya evli iş adamından eşq təklifi gəldiyi üzə çıxıb.  

Bizim.Media xəbər verir ki, bu gizlin məsələnin üstü “7 canlı” axşam şousunda açılıb.

Verilişin aparıcısı Vüsalə Əlizadənin “Toyda bir iş adamı sənə eşq elan edib?” sualına Lətafət “Hə” cavabını verərək, baş verən hadisənin pərdəarxası məqamlarından danışıb.

“Həmin o iş adamına söylədim ki, “Sən utanmırsan, həyat yoldaşını, uşağını toyda qoyub, arxamca düşüb mənə eşq təklifi edirsən? Bu anda da görürəm ki, xanımı ilə uşağı onu gözləyir. Bir sözlə rədd cavabını eşidəndən sonra çıxıb getdi”.

Qeyd edək ki, L. Ələkpərova müsahibələrin birində həyat yoldaşının onu xəyanət etdiyini açıqlayıb.

"Qarşı tərəfdə məsuliyyətsizliklər oldu, sonda xəyanətlə nəticələndi. 2009-cu ildə öz qərarımla rəsmən ayrılmışam. Həyatımda müəyyən dönəmlər oldu ki, peşman oldum. Kaş, övladım atasız böyüməzdi. İki tərəf də ayrılmaq istəmirdi. Aramızda böyük sevgi var idi. Bir neçə dəfə şans verdim, bir araya gəldik, barışdıq. Lakin alınmadı. Mənə demişdi ki, əgər ayrılsaq uşağı da istəməyəcəm. Sevgi hər şeyi həll etmirmiş. Həyatda hörmət daha önəmlidir".  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO