"Vaxt var idi, xanımlar birtəhər balalarını böyüdürlər. İndiki xanımlara isə baxıram ki, çox dözülməz hala gəliblər. Şəxsən mən 18 yaşımdan toylara, şənliklərə gedib pul qazanan xanım olmuşam. Lakin indi evimi də özüm təmizləyirəm, pəncərələrimi də özüm silirəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Yeganə Mursalova "Qonağım ol" verilişində evli xanımların hər şeyi problemə çevirərək ailələrini dağıtdığını söyləyib.
“Bir də görürsünüz bir xanım deyir ki "Bunun pulu yoxdur, köməkçi tutub pəncərələrini sildirsin". Əgər həmin gün mən özüm evdəyəmsə niyə evimi özüm təmizləməyim? Bu kişi evə pul gətirib sabah gətirmirsə, mən ondan boşanım? Bəs övlad? Bəs qınaq?".
Qeyd edək ki, Y. Mürsəlova 2010-cu ildə Türkiyə vətəndaşı Fatih Akbudak ilə ailə həyatı qurub. Cütlüyün Ömər adlı oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media