Uşaq evində böyüyən, ərinin rəfiqəsi ilə xəyanət etdiyi azərbaycanlı aktrisanın ACI HƏYATI - VİDEO 

Uşaq evində böyüyən, ərinin rəfiqəsi ilə xəyanət etdiyi azərbaycanlı aktrisanın ACI HƏYATI - VİDEO 

Hazırda oxunan: Uşaq evində böyüyən, ərinin rəfiqəsi ilə xəyanət etdiyi azərbaycanlı aktrisanın ACI HƏYATI - VİDEO 

70311

"Uşaq evində böyümüşəm. Valideynlərimin kim olduğunu belə bilmirəm". 

Bizim.Media xəbər verir ki, bu sözləri 59 ildir "Gənc Tamaşaçılar Teatrı"nın məşhur aktrisası Sona Babayeva "7 Canlı" axşam şousunda qonaq olarkən deyib.  

Kiçik yaşlarından "başını qara buludlar alan" sənətkar keşməkeşli və acılı həyatından söz açıb. 

"10-cu sinfi bitirəndən sonra bizi uşaq evindən çıxardırdılar. Getməyə yerim yox idi. Dərsim 15:30-da başlayırdı 22:30-da bitirdi. Dərsdən çıxdıqdan sonra gedirdim Filarmoniyanın yanında kiçik bağ var idi. Orada olan skamyada uzanıb yatırdım. Heç kimdən yardım istəmirdim. Çünki utanırdım. Təhsil aldığım Mədəniyyət İncəsənət Universitetinə gəldim. Rəhmətlik Rahib müəllimə universitetdən çıxmaq istədiyimi söylədim.

Başa saldım ki, qalmağa yerim yoxdur. Rahib müəllim dərhal tapşırdı ki, mənə bir çarpayı verilsin. Döşək, yorğan və balış da verdilər. Kabinetində mənə yer düzəltdi. Orada qalırdım". 
Verilişin sonuna yaxın şounun aparıcısı Vüsalə Əlizadə S.Babayevanın ailəsini dağıdan xəyanətdən danışıb.  

"Sona xanım bacı qədər sevdiyini rəfiqəsi tərəfindən həyat yoldaşını da itirib. Yoldaşı həmin qadınla Sona xanıma xəyanət edib. Amma onun ailəsində bu son xəyanət olmayıb. Beləki, Sona xanımın oğlunun həyat yoldaşı da ona xəyanət edib. Körpə uşağını ataraq, çıxıb gedib. O körpə uşağı da siz böyüdürsünüz. Hətta Sona xanımın yaşadığı evi banka girov qoyub, küllü miqdarda pul götürüb və sizi borca salıb". 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO