Nüşabə Ələsgərlinin bacısı oğlu Almaniyada modelliyə başladı – VİDEO 

Nüşabə Ələsgərlinin bacısı oğlu Almaniyada modelliyə başladı – VİDEO 

Hazırda oxunan: Nüşabə Ələsgərlinin bacısı oğlu Almaniyada modelliyə başladı – VİDEO 

70198

“Ailədə 3 bacı, 2 qardaşıq. Bacılarımdan biri dünyasını dəyişdi. Lətafət bacım Bakıdadır. Oğlu Emil isə Almaniyanın Frankfurt şəhərində yaşayır”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli “Günün sədası” səhər şousunda qonaq olarkən deyib.  

Frankfurtdan canlı efirə qoşulan sənətçinin bacısı oğlu ölkədən kənarda model kimi çalışdığını açıqlayıb.  

“Deməzdim ki, Almaniyanın tanınmış modeliyəm. Sadəcə boş zamanım olduğunda model olaraq çalışıram. Kastinqlər keçirilir. Məni də ora dəvət edirlər. Almaniyada təhsilimi davam etdirirəm. Yaxşı olardı ki, gələcəkdə də modellik karyerasını davam etdirim. Çünki bu mənim uşaqlıq arzum olub.

Modellikdən əvvəl aktyorluğa da böyük istəyim var. Modellik asan sahə deyil. Burada ya qeyri-adi biri olmalısan, ya da çox tanınmış ki, nələrsə əldə edəsən”.  
Emil dünyaca məşhur “BMW” şirkətindən təklif gəldiyini söyləyib.  

“BMW şirkətindən mənə modellik təklifi gəlmişdi. Söylədilər ki, videonuzu, şəkillərinizi çəkib bizə göndərməlisiniz. Gözlədim ki, oradan müsbət cavab gələr. Amma təəssüflər ki, olmadı. Çünki Madriddə mənim tipimdə və görünüşümdə olan professional model oğlanlar çoxdur. Boyum 1.88 sm-dir”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO