Azərbaycanlı blogerdən Park Bulvardakı izdihamla bağlı AÇIQLAMA - FOTO/VİDEO

Azərbaycanlı blogerdən Park Bulvardakı izdihamla bağlı AÇIQLAMA - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycanlı blogerdən Park Bulvardakı izdihamla bağlı AÇIQLAMA - FOTO/VİDEO

70091

Xəbər verdiyimiz kimi, Rusiyanın məşhur azərbaycanlı video blogeri Hüseyn Həsənov Bakıda “Park Bulvar” alış-veriş mərkəzində pərəştişkarları ilə görüş keçirib.

Bizim.Media xəbər verir ki, görüşdə cangüdənlərdən biri səhnəyə çıxmağa çalışan pərəstişkarları kəmərlə vurduğu kadrlar sosial mediaya yayılıb.

Həmin kadrlar izləyicilər tərəfindən tənqid olunub.

Məsələ ilə bağlı Hüseyn "İnstagram" hesabında açıqlama yayıb. O, həmin şəxsin kəmərlə kimisə vurduğu yerdə çəkilən görüntünü yayımlayaraq "Bu şəxs mənim cangüdənim deyil. Heç də xoş rəftar etməyib. Onun kim olduğunu araşdıracağam" deyə Həsənov bildirib.

Bir neçə dəqiqədən sonra həmin şəxslə görüşən bloger "Uşaqlar, həmin şəxs insanları yox, səhnəyə kəmərlə zərbələr endirirdi ki, insanlar əllərini səhnənin kənarından götürsünlər.

Sıxlıqda bir qız özündən getmişdi. O, həmin qızı kütlənin içindən çıxartmağa köməklik edib" açıqlama yayıb.

Daha sonra izləyicilərdən biri Hüseynə həmin şəxsin səhnənin quraşdıranlardan biri olduğunu yazıb. Həsənov çox zaman keçmədən həmin şəxsin fotosunu paylaşaraq "O çox yaxşı insandır" deyə şərh yazıb.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO