Pərviz Bülbülə əsəbiləşdi: \

Pərviz Bülbülə əsəbiləşdi: \"Meyxana sanki \"18+\" kadrdır, hamı baxır, amma...” - VİDEO

Hazırda oxunan: Pərviz Bülbülə əsəbiləşdi: \"Meyxana sanki \"18+\" kadrdır, hamı baxır, amma...” - VİDEO

70088

"Bizi dinləməyən adam yoxdur.  Meyxana sanki "18+" kadrdır, hamı baxır, amma heç kim boynuna almır. Kiməsə qulaq asmaqdansa, bizə qulaq asmaq daha abırlıdır".

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Pərviz Bülbülə "Şourum" verilişinə müsahibəsində söyləyib. 

Söz ustadı onun oxuduğunu bəyənməyib, ağız büzənlərə ehyamlı sözləri ilə mesaj yollayıb.

"Mahnı oxumaq, müğənnilik etmək mənim sırf sahəm deyil. Bəyənilir və məndən onu qəbul edirlər deyə oxuyuram. Heç kimin çörəyinə bayıs olmuram. Heç bir müğənninin qarşısını almıram, qalmaqal yaratmıram. Gedib camaata demirəm ki, qurban olum məni toyunuza çağır. Əgər bu gün toya səni yox məni çağırırlarsa problemi özündə axtar, məndə yox. Mən meyxanaçı deyiləm.

Mənə meyxanaçı adını yapışdırmağı da sevmirəm, xoşlamıram. Sadəcə meyxana demək kimi bacarığım var. Bu dünyaya meyxana deməyə də gəlməmişəm ki, meyxanaçı olum. Meyxananı, musiqini, söz yazmağı bacarıramsa və bu əgər qəbul olunursa, nə xoş mənə".

Bül-bül kimi kamera önündə cəh-cəh vuran Bülbülə "mənəm-mənəmlik" edən Xalq artistlərini əsəbiləşdirəcək açıqlama verib.

"Sizin tanıdığınız Xalq artistlərinin girmədiyi məclislərə bizi təmtəraqla qarşılayıb, təmtəraqla da yola salırlar".

Şou-biznesin əkiz Sevil-Sevinc Səfərova bacılarının "Pərvizlə duet oxumaq haqda fikirləşmirik" sözlərini qarşı tərəf həzm etməyib, onları məsxərəyə qoyub.

"Siz soruşun, mən hələ onlarla duet oxumağa razıyam? (red. məsxəyə qoyur). Əcəb edirlər, öz fikirləridir. Öz fikirlərində də haqlıdırlar, mən də onların bu fikrinə hörmətlə yanaşıram".

"Musiqili meyxananın təməlini Namiq Qaraçuxurlu qoyub" iddialarını Pərviz qəbul etməyib.

"Namiq musiqili meyxananın təməliyini qoya bilməz, dəstək ola bilər. Ondan sonra mən, daha əvvəl ilə Nizami Rəmzi dəstək olub. Heç biz özümüz də bilmirik ki, musiqili meyxananın təməlini kim qoyub".

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO