Məhkəmə elektron ticarət saytı ilə münaqişəsi olan müğənni Hadisə ilə bağlı qərarını verib.
Bizim.Media xəbər verir ki, müqaviləni pozan sənətçinin 2012-ci ildən bu yana ən yüksək faizlə 250 min avro (təxminən 4 milyon TL) cərimə ödəməsinə qərar verib.
İstanbul Fikir və Sənaye Hüquqları Məhkəməsində açılan iddiaya görə, şirkətlə Hadisə arasında 15 fevral 2012-ci ildə müqavilə bağlanıb. Anlaşmada əlavə edilib ki, tərəflərdən biri müqaviləni pozarsa, qarşı tərəfə 250 min avro cərimə ödəyəcək.
Müqaviləyə əsasən, Hadisə məhsulları tanıtdıracaq və moda çəkilişlərində iştirak edəcəkdi.
Müqaviləyə əsasən, müğənni 28 fevral 2013-cü il tarixinədək moda və elektron ticarət sektorunda fəaliyyət göstərən hər hansı başqa şirkət, qurum, kommersiya müəssisəsi və ya brendə məxsus məhsul və xidmətlərin reklam-təşviqat və digər fəaliyyətlərində də iştirak etməməli idi.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:40 / 16.04.2022
Hadisə məhkəməni UDUZDU – Yüksək məbləğdə cərimə ödəyəcək
Hazırda oxunan: Hadisə məhkəməni UDUZDU – Yüksək məbləğdə cərimə ödəyəcək
Hazırda oxunan: Hadisə məhkəməni UDUZDU – Yüksək məbləğdə cərimə ödəyəcək
69965
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.