“Bizneslə heç zaman məşğul olmamışam. Uşaqlıqda riyaziyyatdan zəif olmuşam (gülür). Ona görə əlavə hər-hansısa biznes qurmaq barədə düşünməmişəm. Pul qazanmaq üçün el şənliklərinə, doğum günü məclislərinə də getməmişəm. Qazancım yalnız serial, film və verilişlərdən olub. Toyu aparmaq kimi dəvətlər çox alıram. Amma getmirəm”.
Bu sözləri aktyor İslam Mehrəliyev Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. Sosial mediada aktiv olan aktyor “Tik-Tok”dan 800 dollar pul qazandığını açıqlayıb.
“İnstagram”ıma gələn reklam təkliflərindən pul qazanıram. Bir ara “Tik-tok” diqqətimi cəlb etdi. Tez-tez girib, canlı yayımlara qoşulurdum.
Mənə deyirdilər ki, oradan yaxşı pul qazanmaq olur. Sən demə canlı açdığım zamandan “Tik-Tok”dakı pul kisəmə pul gəlirmiş. Açıb, gördüm ki, ora 800 dollar pul yığılıb. “Tik-Tok”a gərək müəyyən zaman ayırasan. Mənim də çəkilişlərdən vaxtım çox az olur. Həm də sən hər gün canlı açırsansa, insanlar üçün adiləşirsən.
Ona görə, oradan da uzaqlaşmışam. 800 dollar pulu nağdlaşdırdım. Yarısını dostuma borc verdim, yarısını da avtomobil cəriməm var idi. Onu ödədim.
İslam “Pulumu övladlarıma, onların təhsilə xərcləyirəm. Amma çox hissəsini anama verirəm” deyərək fikirlərini tamamlayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:54 / 16.04.2022
Azərbaycanın tanınmış aktyoru “TikTok”dakı qazancını açıqladı – MƏBLƏĞ - ÖZƏL
Hazırda oxunan: Azərbaycanın tanınmış aktyoru “TikTok”dakı qazancını açıqladı – MƏBLƏĞ - ÖZƏL
Hazırda oxunan: Azərbaycanın tanınmış aktyoru “TikTok”dakı qazancını açıqladı – MƏBLƏĞ - ÖZƏL
69939
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.