Xəbər verdiyimiz kimi, Damlanın bir neçə gün əvvəl oxuyub, klip çəkdirdiyi “Bəs edər” mahnısının müəllifi, Rusiyada yaşayan həmyerlimiz, gənc musiqiçi Nurio ondan icazəsiz təqdim etdiyinə görə müğənnniyə sosial media hesabında sərt mesaj yollayıb. Nurio bildirib ki, nə Damla, nə də onun meneceri Şamil ilə artıq bir neçə gündür ki, əlaqə yarada bilir. Mahnının müəllifi ikilinin üzə çıxıb, bu məsələyə aydınlıq gətirmədikləri halda, məhkəməyə müraciət edəcəyini bildirib.
Bizim.Media xəbər verir ki, müğənni Damla qalmaqallı olaya sosial media hesabında reaksiya verib.
MÖVZU İLƏ BAĞLI:
Damlanın oğurladığı mahnının müəllifindən ŞOK İTTİHAM: “Çıx ortaya, yoxsa...” - VİDEO
O, Nurionu yalan danışmaqda ittiham edib.
“Biz iki ay əvvəl “Bəs edər” mahnısının müəllifi Nurio ilə görüşdük. O, mahnını bizə vermək istəməsə də, ortaq məxrəcə gəlib, razılaşdıq. Hətta Moskvada görüşüb, mahnı ilə bağlı söhbətlərimiz olacaqdı. Biz Moskvaya gəldik, Nurioya dəfələrlə zəng etsək də cavab vermədi. Görüş təyin etdik, lakin alınmadı.
Prodüsserim Şamil dəfələrlə Nurio ilə əlaqə saxlayıb. Mesaj belə yazdıq ki, biz artıq mahnının aranjimanına başladıq.
Yenə sizdən xəbər, səs-soraq çıxmadı. Nə baş verib? Kim sizi mənə qarşı doldurub? Deyirsiniz ki, klipi “Youtube”dan sildirəcəksiniz. Bunu necə edə bilərsiniz? Həm mahnıya, həm də klipə nə qədər maddi və mənəvi əmək sərf olunub. Biz axı sizinlə əvvəlcədən razılaşmışıq. Bunu axı kim oradan sildirə bilər?”.
Rəşad Əliyev, Bizim.Media