Conni Depplə Ember Herdin məhkəməsində gizlinlər ÜZƏ ÇIXDI: Çürüyən cəsəd, narkotik...   

Conni Depplə Ember Herdin məhkəməsində gizlinlər ÜZƏ ÇIXDI: Çürüyən cəsəd, narkotik...   

Hazırda oxunan: Conni Depplə Ember Herdin məhkəməsində gizlinlər ÜZƏ ÇIXDI: Çürüyən cəsəd, narkotik...   

69806

Dünyaca məşhur kino ulduzu Conni Deppin məhkəmə işində növbəti görüşünün detalları ortalığa çıxıb.  

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, cümə axşamı Hollivud cütlüyü Ember Herd və Conninin vəkilləri tərəflərin şahidlərini dindiriblər.  

Cütlüyün ailə psixoloqu Depp və Heard arasındakı "qarşılıqlı istismarı" təsvir edib və Emberin üzündə qançır izi gördüyünü təsdiqləyib.  

Aktrisanın keçmiş köməkçisi Herdin isterik, Deppin isə centlmen olduğunu deyib.   

“Hətta öz anası aktrisadan qorxurdu və o, tabeliyində olanlarla iyrənc davranırdı: şəxsi məkanı pozur, qışqırır və tüpürürdü”.  

Conninin bacısı deyir ki, Ember onu "qoca və kök" adlandırıb və ailəsi onların evliliyindən darmadağın olub. Herdin vəkili Deppin İlon Maska alüdə olduğunu iddia edib (o, Herd tərəfdən şahid kimi ifadə edilir).  

Doktor Kipper isə Deppin narkotikdən istifadə etdiyinə görə onun tərəfindən müalicə olunduğunu üzə çıxardıb. Aktyor qəzəbli biri kimi xarakterizə olunur. Əsəbləşdiyində barmağının bir parçasını kəsib, başqa bir hadisədə isə yumruqlarını qoşqunun (treylerin) divarlarına və qapısına çırpır.  

Müxtəlif insanlara göndərdiyi mesajlarında Depp, "Ümid edirəm ki, Emberin çürümüş cəsədi avtomobilin lənətə gəlmiş baqajında çürüyəcək" və "Mən bu alçaq qadına nə vaxtsa toxunduğuma görə iyrəndim...", "Bu hadisələr bizim əla yaşam həyatımızı məhv etdi” ifadələrini işlədib. 
Xatırladaq ki, qalmaqallı şəkildə boşanan aktyor Conni Depp ilə Ember Herd bir-birlərini qarşılıqlı olaraq məhkəməyə veriblər.

Əvvəlcə Depp böhtan ittihamı ilə 50 milyon təzminat tələb edib. Ember isə qarşılığında keçmiş ərinə 100 milyon dollarlıq təzminat davası açıb.   

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO