Keçmiş xanımı Mahsun Kırmızıgüldən 30 milyon lirə alıb? – “Doğru olan budur” 

Keçmiş xanımı Mahsun Kırmızıgüldən 30 milyon lirə alıb? – “Doğru olan budur” 

Hazırda oxunan: Keçmiş xanımı Mahsun Kırmızıgüldən 30 milyon lirə alıb? – “Doğru olan budur” 

69799

“Boşandıq, bitdi. Niyə görə boşandığımız barədə isə açıqlama vermək istəmirəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri türkiyəli müğənni Mahsun Kırmızıgülün həyat yoldaşı Ece Binay axşam saatlarında məkanların birindən çıxdığı zamanı jurnalistlərin sualına cavab verərkən deyib.  

Müxbirin “Mahsunla aranızda hər-hansısa mal-mülk paylaşımı oldu?” sualına Binay sərt şəkildə reaksiya bildirib.  

“Ayıbdır belə suallar soruşmaq. Mən bu xəbərləri mətbuatdan öyrəndim. Bele bir şey yoxdur. Doğru deyil, yalandır”  

Ece qızının qəyyumluğu ilə bağlı suala isə belə cavab verib: 

“Qızımız var. Münasibətlərimizi dost kimi davam edəcəyik. Qızımın qəyyumluğu məndədir. Sadəcə doğru olan budur. Məhkəmə də uşağın qəyyumluğunu anaya verir”.   

Xatırladaq ki, türk mətbuatının yaydığı məlumata görə, 60 milyon lirəlik miras bölgüsündə 30 milyon lirə təxminən 3 milyon 498 min manat Ece Binaya verilib.  
Qeyd edək ki, bir müddət öncə başqa xanımla görüntüləri yayılan sənətçi 3 gün öncə həyat yoldaşıyla boşanıb. Mahsun və Ecenin bu evlilikdən bir qızı var.   

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO