İllərdir küsülü olan aktyorlar xəstəxanada barışdılar - ÖZƏL

İllərdir küsülü olan aktyorlar xəstəxanada barışdılar - ÖZƏL

Hazırda oxunan: İllərdir küsülü olan aktyorlar xəstəxanada barışdılar - ÖZƏL

69675

“35 il əvvəl ürəyimdən əməliyyat olunmuşdum. Ağır işlər gördükcə, yük daşıdıqca, müəyyən yırtıqlar əmələ gəlmişdi. Şişlər də məni çox narahat edirdi. Qərara gəldik ki, əməliyyat olunum”. 

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində bir neçə gün əvvəl qarındakı yırtıqlar səbəbi ilə əməliyyat olunan Xalq artisti Çingiz Əhmədov məlumat verib. 

Bu gün xəstəxandan evə buraxılan sənətkar özünü yaxşı hiss etdiyini açıqlayıb. “Əməliyyatım 2,5 saat çəkdi. Heç də asan əməliyyat olmadı. Amma peşəkar həkim komandasının səyi nəticəsində məni bu əziyyətdən qurtardılar”. 
Cərrahi müdaxilədən sonra bir neçə gün xəstəxanada qalan Ç.Əhmədovu sənət yoldaşları tək buraxmayıblar.  

“Bir çox aktyor dostlarım Fatimə Mahmudova, Ələkbər Əliyev, Rəhman Rəhmanov mənə baş çəkdilər. Rəhmanla küsülü idim. Amma onunla elə xəstəxanada da barışdıq. Bir də görürsən ki, evdə də ailə üzvləri arasında söz-söhbətlər olur. Biz illərin ayrılmaz dostlarıyıq. İndi hər şey yaxşıdır”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO