“Keçmişimdə utancverici bir iş görməmişəm. Buna görə də, heç zaman heç nədən peşman olmamışam”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Zenfira İbrahimova “1dəqiqə” gecə şousunda deyib.
Anasını itirən sənətçi, anası ilə bağlı peşmançılıqlarını dilə gətirib: “Bu gün dünyanın bütün mal-mülkündən, canımdan, övladlarımdan belə keçməyə hazıram təki anamı 1 saniyə görüm. O qədər peşmançılıqlarım var ki... Kaş anama bu sözləri söyləməzdim, kaş onu başqa cür yaşadardım”.
Anasını son mənzilə çiyinlərində aparan Z.İbrahimova yaşadığı anları dilə gətirərək, göz yaşlarına hakim ola bilməyib:
“Anam xəstəxanaya yerləşdiriləndə, mən başqa ölkədə idim. Bu gün də vicdan əzabı ilə yaşayıram... Kaş ki, getməzdim, kaş ki anamın yanında olardım, kaş ki 3 gün ondan əvvəl bilərdim, onun vəziyyətini, halını.
Bu gün də o vicdan əzabı ilə, yəni özümlə bacarmıram və barışmıram ki, niyə həmin gün mən evdə olmadım”.
Qeyd edək ki, müğənni Zenfira İbrahimovanın anası Ceyran xanım bir il əvvəl koronavirusdan dünyasını dəyişib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:20 / 14.04.2022
Anasını itirən Zenfiradan ŞOK SÖZLƏR: “Onu 1 saniyə görmək üçün övladlarımdan belə keçərəm”
Hazırda oxunan: Anasını itirən Zenfiradan ŞOK SÖZLƏR: “Onu 1 saniyə görmək üçün övladlarımdan belə keçərəm”
Hazırda oxunan: Anasını itirən Zenfiradan ŞOK SÖZLƏR: “Onu 1 saniyə görmək üçün övladlarımdan belə keçərəm”
69573
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.