Tanınmış müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu, aktyor Corc Qafarov doğma anası Leyla Qafarova ilə bağlı kövrək paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, 8 il əvvəl xərçəngdən dünyasını dəyişən L.Qafarovanın videosunu sosial media hesabında bölüşərək, bu gün anasının doğum günü olduğunu yazıb.
"Mənim anam, ruhun şad olsun! Səni hər an, hər saniyə hiss edirəm. Səni görürəm, duyuram, bütün bədənimlə hiss edirəm. Hər yerdə sən, sən və yenədə sən! Elə bil məni buraxmaq istəmirsən.
Bizim aramızda olan o sevgi çox möhtəşəmdir. İnsan bu qədər bir-birini sevə bilməz. Bizim aramızda olan bağlılığı bir sən, bir də mən bilirəm. Səni o qədər çox istəyirəm ki, o qədər çox sevirəm ki, ağlasığmaz bir duyğudur. Mən sənəm və sən məndə yaşayırsan. Bir gün hamımız sənin görüşünə gələcəyik".
Qeyd edək ki, Corc Qafarov Latviyda anadan olub. Anası azərbaycanlıdır. Valideyinləri ayrıldıqdan sonra o qardaşı Jerarla birlikdə uşaq evində böyüyüb.
O, ADMİU-nin aktyorluq fakultəsini bitirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
23:26 / 13.04.2022
Roza Zərgərlinin övladlığa götürdüyü oğlu: "Səni bütün bədənimlə hiss edirəm" - VİDEO
Hazırda oxunan: Roza Zərgərlinin övladlığa götürdüyü oğlu: "Səni bütün bədənimlə hiss edirəm" - VİDEO
Hazırda oxunan: Roza Zərgərlinin övladlığa götürdüyü oğlu: "Səni bütün bədənimlə hiss edirəm" - VİDEO
69531
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.