Oğlu ilə bağlı yaşadığı əsəb Mətanət İsgəndərlini xəstəxanalıq etdi

Oğlu ilə bağlı yaşadığı əsəb Mətanət İsgəndərlini xəstəxanalıq etdi

Hazırda oxunan: Oğlu ilə bağlı yaşadığı əsəb Mətanət İsgəndərlini xəstəxanalıq etdi

69256

Əməkdar artist Mətanət İsgəndərli bıçaq altına uzanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Tarixin Bir Günü” şousunun aparıcısı Tarix Əliyev (Tolik) məlumat yayıb.

O, bildirib ki, sənətçi artıq çəkidən azad olmaq üçün plastik əməliyyat etdirib. 

“Mətanətin hormonal pozğunluğu var. O, son 6 aydır oğlu ilə bağlı yaşadığı əsəb orqanlarına təsir etdiyinə görə, yemək yeməsə də kökəlir.

Bu hormonal əsəb xəstəliyidir. O gözəllik əməliyyatı keçirib”. 

Məsələ ilə bağlı M.İsgəndərli ilə Bizim.Media-nın əməkdaşı əlaqə saxlayıb. Telefona müğənninin bacısı Sədaqət İsgəndərli cavab verib. O, bacısının Rusiyada olduğunu bildirərək, sualı dinləmədən dəstəyi asıb. 

Əldə etdiyimiz məlumata görə, Mətanət İsgəndərli mədəkiçiltmə əməliyyatı keçirib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO