Nura Suridən sərt sözlər:

Nura Suridən sərt sözlər: "Başqasının pulunu, yatağını, görünüşünü..." - FOTO

Hazırda oxunan: Nura Suridən sərt sözlər: "Başqasının pulunu, yatağını, görünüşünü..." - FOTO

69102

"Ancaq bizdə və seriallarda görmək olur belə hadisələri. Deməli, yığışıb deyib-gülmək əvəzinə başqasının pulunu, yatağını, görünüşünü müzakirə, qeybət etmək, böhtan atmaq, plan qurub kiminsə arasını vurmaq, intriqa yaratmaq, hardansa burmaq, oyun qurmaq və sair. Edənlərin çoxu da tanınmış, üzdə olan hətta uğurlu insanlardır". 

Bizim Media xəbər verir ki, bu sözləri müğənni Nura Suri "Facebook" hesabında yazıb. 

O, şou-biznesdə həyatını yeganə düzgün qura bilən sənətçinin Çingiz Mustafayev olduğunu bildirib. 

"Bir çürümüş meyvəni saf meyvələrin arasında saxlayanda hamısı çürüməyə başlayır. Cəmiyyətimiz də hazırda bu vəziyyətdədir. Çoxunu kompleksləri boğur, qalanlarını paxıllıq. Çox az adam var ki, adekvat və saf düşüncəlidir.
Şou-biznesdə isə deyə bilərəm ki, yeganə öz həyatını və sənətini düzgün quran insan Çingiz Mustafayevdir. İnsan öz işiylə, azad ruhu və beyniylə çox rahat yaşayır. Onun rahatlığından hər birimizə arzu edirəm".

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO