Bardakı partlayışda yaralanan Təranə - 

Bardakı partlayışda yaralanan Təranə - "Gecə klubuna sahura getmişdim"  

Hazırda oxunan: Bardakı partlayışda yaralanan Təranə - "Gecə klubuna sahura getmişdim"  

68649

"Əylənmişəm, demişəm, gülmüşəm... Kimə pislik etmişəm? Nəyisə edəndə kimdənsə icazə almayacam ki... Yanan da mən oldum, sizlər deyil, kəfəni cıran da..." 

Bizim.Media xəbər verir ki, bu sözləri "Location" klubunda baş verən partlayışda yaralanan model Təranə Rzayeva (Merlin) onu tənqid edənlərə sosial şəbəkədə cavab olaraq yazdığı statusda işlədib.

O təhqirlərin 3-4 nəfər tərəfindən feyk profillər vasitəsilə yazıldığını deyib:

"Bütün şəkillərimizin paylaşıldığı yerlərdə özlərinə yüzə yaxın saxta səhifələr açanlar şərh yazırlar. Onlar sırf şərh yazmaq üçün yaradılan saxta səhifələrdir. Ağızlarına gələn murdar ifadələri işlədirlər, iyrənc kütlə yığırlar. Yəni əslində bunu yazan iki-üç adamdır. Mənə yüzlərlə xanımlardan və bəylərdən dəstək mesajı gəlir.

Hər kəs deyir, anam namaz üstə olub. Mən deyirəm, qızım namaz üstə olub. Çünki orucluq girən günü ilk dəfə namaz qılmağa başlayıb, ilk orucunu tutub. O saatda klubda belə olmasaydım da, sahur üçün başqa restoranda olacaqdım. Hər orucluqda olduğu kimi. İçki də içməmişəm. Məni tanıyan bilir ki, içkiyə meylli biri deyiləm, xoşlamıram". 
Qeyd edək ki, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verən partlayış nəticəsində bir nəfər ölüb, 37 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralalardan biri müalicə aldığı xəstəxanada vəfat edib. Həmçinin 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə də ziyan dəyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO