Elnarə Abdullayeva idmana BAŞLADI:

Elnarə Abdullayeva idmana BAŞLADI: "Artıq çəkili xanımlar necə yaşayırlar, bilmirəm" – VİDEOMÜSAHİBƏ

Hazırda oxunan: Elnarə Abdullayeva idmana BAŞLADI: "Artıq çəkili xanımlar necə yaşayırlar, bilmirəm" – VİDEOMÜSAHİBƏ

68370

“Muğam ifaçıları arasında mənim qədər konsert verən olmayıb . “Xalq Artisti” adı almaq üçün müraciət etməyim ayıb olardı”.

Kamil Zeynallıya məxsus “Limak” fitnes və idman mərkəzində məşq edən muğam ifaçısı, əməkdar artist Elnarə Abdullayeva Bizim.Media-ya eksklüziv müsahibə verib.

Yeməklə arası olmasa da pandemiya müddətində aldığı 8 kilonun həyatını qaraltdığını söyləyən müğənni, zala gələrək tezliklə artıq çəkidən azad olmaq niyyətində olduğunu bildirib. Müğənni, Gülyanaq Məmmədova, Manana və Məleykə Əsədovanın uzun illərdir incə  bədən formalarını qoruyub saxladıqlarını söyləyib.

Gülyaz Məmmədovanın isə son illərdə kilo aldığını söyləyən müğənni əlavə edib ki, köklük Gülyaza çox yaxşı yaraşır.

Elnarə Abdullayeva fəxri adla bağlı da fikirlərini bölüşüb: 

“Muğam ifaçıları arasında mənim qədər konsert verən olmayıb. 26-27 ildir Azərbaycan səhnəsindəyəm. Ümumiyyətlə, vətənə etdiyim hər hansı bir xidməti: muğam oxumağı, məscidə su çəkdirməyi, kasıblara yardım etməyi bədəl üçün yox, Allah rizası  üçün edirəm. Gecəmi gündüzümə qatıb sənət yaratmağım isə fəxri ad üçün deyil. Bunun üçün harasa müraciət etməyim ayıb olardı”.

İllər öncə Qobustan rayonun Çuxanlı kənd məscidinə su çəkdirən müğənni heç kimin ona maddi yardım etmədiyini vurğulayaraq, bunun çox böyük bir iş olduğunu diqqətə çatdırıb.

Heç bir xanım ifaçı  ilə evinə qonaq gedib gələcək qədər yaxınlığının olmadığını diqqətə çatdıran Elnarə Abdullayeva  bununla da, qalmaqaldan uzaq durduğunu söyləyib.
Əməkdar artistlə videomüsahibəmizi təqdim edirik:

Leyla Şah, Bizim.Media
 


 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO