Nicat da klubdakı partlayışda xəsarət alıb

Nicat da klubdakı partlayışda xəsarət alıb

Hazırda oxunan: Nicat da klubdakı partlayışda xəsarət alıb

67846

Bakıda "Location" adlı gecə klubunda 1 nəfərin ölümü ilə nəticələnən partlayışda xəsarət alanlar arasında müğənni Nicat Məhərrəmov da olub.

Bizim.Media xəbər verir ki, ifaçı bu barədə “Instagram” hesabında məlumat verib. 

"Baş verən partlayış sadəcə bir kabus idi. İnsanların çarəsizliyi, o partlayışın səsi, ümumilikdə yaşanan bu faciə heç bir zaman gözümdən və ağlımdan getməyəcək. Bütün yaralı olan dostlarıma Allahdan şəfa diləyirəm.
Məni yığıb soruşan, axtaran, arxamca xəstəxanaya gəlib, yanımda olan doğmalarıma, dostlarıma, əzizlərimə təşəkkür edirəm. Allah sizi sevdiklərinizə bağışlasın" – deyə sənətçi qeyd edib. 

Xatırladaq ki, partlayış nəticəsində 1 nəfər ölüb, 37 nəfər yaralanıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə də ziyan dəyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO