Nazilə Səfərlidən Fatiməyə SƏRT SÖZLƏR: “Bütün tacirlər satdığı malın xarakterindədir” - MÜSAHİBƏ

Nazilə Səfərlidən Fatiməyə SƏRT SÖZLƏR: “Bütün tacirlər satdığı malın xarakterindədir” - MÜSAHİBƏ

Hazırda oxunan: Nazilə Səfərlidən Fatiməyə SƏRT SÖZLƏR: “Bütün tacirlər satdığı malın xarakterindədir” - MÜSAHİBƏ

67481

“Görünən kəndə bələdçi lazım deyil. Bir insanın ağzından söz çıxanda bilirlər ki, onu hansı səbəblə deyə bilər. Hamı eləcə də bütün sənət dostlarım məni  tanıyırlar və bilirlər ki, mən gündəmə gəlmək üçün əsla özümə Fatimə kimi bir qəhrəman seçməzdim”. 

Bu sözləri Bizim.Media-ya verdiyi müsahibədə şairə Nazilə Səfərli bildirib.

- Mən özüm də Fatimənin haqqımda dediklərini sosial mediadan gördüm, lakin o məni ictimai nüfuzuma zərər gətirəcək şəkildə təhqir edib. Doğru tənqidə həmişə açıq olmuşam və qəbul etmişəm. Əgər rəqqasə Fatimə məni tənqid etsəydi, qəbul edərdim, lakin o daha da irəli gedərək mənim əxlaqıma dil uzadıb. Mərhəmətli insan olduğum üçün səbr edərək səhvini düzəltmək üçün 8-9 gün ona vaxt verdim, amma o bundan istifadə etmədi. Hələ ərinmədən gözəllik salonlarında haqqımda pafoslu çıxışlar etməyə başladı. 29 mart tarixində ərizə yazaraq Fatiməni şəxsiyyətimi təhqir etdiyi üçün rəsmi olaraq məhkəməyə vermişəm, lakin məhkəmənin nə vaxt ərizəmə baxacağını tam olaraq bilmirəm.O mənə həm maddi, həm də mənəvi zərər vurub.

- Bəs Fatimədən təzminat tələb edəcəksiniz?

- O doğru hərəkət etmədi və təbii ki, mən də bununla bağlı Fatimədən təzminat tələb edəcəyəm.

- Mümkünsə məbləği açıqlaya bilərsiniz?

- Hüquqşünasımla məsləhətləşmədən məbləği açıqlamağı doğru bilmirəm, lakin gələcəkdə mümkün olarsa bunu sizə açıqlaya bilərəm. Onu məhkəməyə şou üçün verməmişəm. Fatimə haqqımda dediyi sözləri ya sübut eləməli, ya da məndən üzr istəməlidir. Ümumiyyətlə bütün hallarda Fatimə üzr istəyəcək.

Bəzi adamlar qürurdan danışanda adamın gülməyi gəlir. Qürurdan mən danışsam yeri var. Mənimlə demədiyim söz üçün üç il mübarizə apardılar və bacarmadılar, çünki həbs istədim, üzr istəmədim. 

Həyata isə həmişə çəhrayı eynək ilə baxmaq olmaz. Doğrusu, yanlışı, enişi və yoxuşu ilə həyat gözəldir. Bu məqamda nədənsə Nadir Qafarzadənin yaxın keçmişdə etdiyi bir çıxış yadıma düşdü: qucaqda oturanlar, başqasının ərindən uşaq dünyaya gətirənlər və s.
 

MÖVZU İLƏ BAĞLI:

Fatimədən Naziləyə SƏRT SÖZLƏR: “Kim üçün ərəb rəqsi oynamısan yadına sal” - VİDEO 


- Bu gərgin anda Nadir Qafarzadənin bu sözü hardan yadınıza düşdü?

- Hardan yadıma düşdü bilmirəm. Elə belə  dedim.(Gülür)

- Nazilə xanım, bəs rəqqasə Fatimənin sizə qarşı qərəzli münasibəti nədən yarandı?

- Bunu mən də anlaya bilmirəm. Öz səhifəmdə bir yazı yazdım. Orda heç Fatimənin adı belə çəkilmirdi.

Həyatda uğursuzluqlar olduğunu yaxşı bilirəm. Ola bilər ki, o mənim yazımdakı məqamların bəziləri onun həyatında baş versin. Hər halda qadın və anadır. Təbii ki, mən də bir ana kimi heç bir qadının həyatda uğursuz olmağını istəməzdim. Amma mən Fatiməni nəzərdə tutaraq o yazını yazmamışdım.

Ümumiyyətlə istəməzdim ki, hər hansı bir qadının həyatında neqativ məqamlar olsa belə ona eyham vuranda dərhal  boynuna alsın. Bir qadın da keçmişdə işlədiyi bir səhvi ictimayyət önündə etiraf edirsə, o nə qızını, nə oğlunu, nə də ərini düşünmür. 

- Nazilə xanım, bir tərəfdən oğlunuzun toyu, digər tərəfdən məhkəmə. Hər ikisi eyni ərəfədə çətin olmaz ki sizə?

- May ayının 9-da inşallah böyük oğlum Nurlanın toyudur. Bir oğul anası kimi bu sevincli günümə hazırlaşırdım. Bilirsiniz ki, toy evində həmişə iş çox olur və bir ana öz övladı üçün çalışmaqdan heç vaxt yorulmur. İstəməzdim toy qabağı belə bir qalmaqal yaşayım. Hətta xəbər kanallarından biri məndən bu qalmaqaldan 10 gün əvvəl məndən soruşdu ki, Fatiməni toya çağıracaqsınız? Mən də Fatimənin haqqımda danışdıqlarından xəbərsiz olduğum üçün dedim ki, bəli.

Mənimlə çıxardığı qalmaqal Fatimə üçün şərəf olsa da, mənim üçün böyük bir utancdır.

- Şou aləmində qalmaqal yaradan şəxsin adətən əsas məqsədi reklam və gündəmə gəlmək istəyi olur.

- Əgər Fatimə reklam üçün məndən dəstək istəsəydi, mən ona dəstək verə bilərdim. Haqqımda danışdığı sözlər qeyri-etikdir.

Mədən dəstək istədiyi zaman mən onun üçün artıqlaması ilə bunu etmişəm. Öz çəkiliş qurupumu təmənnasız olaraq Fatimənin video-reklamlarını çəkmək üçün göndərmişəm. Çünki videolarının zəif olduğunu gördüm və ona dedim ki, daha yaxşı videolar çəkilməsinə ehtiyac var.

Bunun qarşılığında söyləyir ki, mən onun paxıllığını çəkirəm. Mən söz yazarıyam, o isə rəqqasədir. Mənim yazdığım şeirlərə bəstələnmiş mahnıları bir çox Xalq artistləri ifa edib. Onun paxıllığını ancaq rəqqasələr çəkə bilər ki, ona da şübhəm var.

- Bəlkə daha öncə hansısa bir hərəkətinizdən inciyibmiş...

- Dava yorğan davasıdır. Başqa söhbət ola bilməz. Bunu inciklik yox, qısqanclıq adlandırardım. Daha öncə getdiyi məclislərə mən də gedəndə məclis coşurdu və ola bilsin ki, bunu həzm edə bilməyib. Yığıb həmin yerlərə deyirdi ki, mən gəldiyim yerlərə Nazilə gəlməməlidir. Özümü eşitməməzliyə vursam da mən hər şeydən xəbərdar idim. O, hesab edirdi ki, İran xınasına manapoliyanı o qoymalıdır. Amma həqiqət isə belə deyil. Kim kimin ifasını və ya rəqsini bəyənirsə toyuna da onu çağırmalıdır. Üstəgəl məni də borclu çıxararaq deyirdi ki, guya onun xına məclisləri bol olduğu üçün mən onu qısqanıram. Mən həmişə kəmiyyətə yox, keyfiyyətə önəm verən insan olmuşam. Gördüyüm iş  və sənətim göz qabağındadır.

Bütün tacirlər satdığı malın xarakterindədir. Əzəmətli Qız Qalası uzun əsrlərdən bu günə gəlib çatıb. Halbuki ondan əsrlər illər sonra tikilib bu günə izi-tozu belə qalmayan tikililər qalalar olub. Əsl ipəyin dəyərini onun keyfiyyətinə bələd olan birisi bilər və bildiyi üçün də onu heç vaxt keyfiyyəti aşağı olan bir parça ilə eyni qiymətə satmaz. Məndən bu qədər. Son sözü bizim zərgər kimi zər qədrini bilən xalqımıza buraxıram. Zaman ən ədalətli hakimdir və gec-tez yaxşını da, pisi də, sənətkarı da, manısı da özü ortaya çıxaracaq.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO