Firuzə İbadova toyda gənc oğlanı döyüb – Səbəbi isə… 

Firuzə İbadova toyda gənc oğlanı döyüb – Səbəbi isə… 

Hazırda oxunan: Firuzə İbadova toyda gənc oğlanı döyüb – Səbəbi isə… 

67427

Əməkdar artist Firuzə İbadova toyda onunla oynamaq istəyən gənci döyüb. 

Bizim.Media xəbər verir ki, o, bu barədə "7 canlı" verilişində danışıb.  

"Şirvanda Bu hadisə illər əvvəl olub. Övladım yaşda oğlan idi. Sevmirəm məclisdə kişinin gəlib qadının qulağına nəsə deməsini.

Gəldi qulağıma dedi ki, oynayaq. Baxdım cavab verdim ki, oğlum, get otur. Dedi yox, siz mənimlə oynayacaqsınız. Gördüm əl çəkmir, kobudcasına mikrofonu qoydum yerə.

Yapışdım köynəyindən, dedim, mənimlə oynamaq istəyirsən? Qayıtdı hə... Dedim, gəl oynayaq, dartdım onu və şilləni vurdum. Yıxıldı yerə. 
Özüm də məəttəl qaldım ki, bunu necə etdim? Elə bil bir aktrisa igidi vurdu yerə yıxdı. İşıqlar yandı, gördülər bir nəfər uzanıb yerə. Qayıtdı ki, oynamaq istəyirdim nə etdim? " – deyə ifaçı qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO