Rəqsanənin əri təyyarə aldı: Ondan dünyada cəmi… - FOTO

Rəqsanənin əri təyyarə aldı: Ondan dünyada cəmi… - FOTO

Hazırda oxunan: Rəqsanənin əri təyyarə aldı: Ondan dünyada cəmi… - FOTO

67335

Moskvada yaşayan azərbaycanlı müğənni Rəqsanənin əri Fazil Əmiraslanov təyyarə alıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı gundem.az saytı yayıb.

Təyyarə Rusiya istehsalı olan "Sukhoi Superjet" modelidir. Bu, aztutumlu sərnişin təyyarəsidir. Təyyarə maksimum 100 sərnişin daşıya bilir. Məlumata görə, təyyarənin dizaynı dəyişirdiləcək. 
"Sukhoi Superjet  ilk dəfə 19 aprel 2011-ci ildə istismara verilib.

Təyyarə Rusiyanın Komsomolsk-Amur şəhərində yerləşən aviasiya zavodda istehsal olunub. Bu günə qədər sözügedən təyyarədən 200 ədəd istehsal edilib. Hazırda onlardan 162-si istifadə olunur.

Xatırladaq ki, Fazil Əmiraslanov neçə illərdir ki, Moskvada iri bizneslə məşğul olur. O, "Bakkara XXI", "Luç-SB" ,  "Sofiya ML"  "Korvet İnvest" kimi iri şirkətlərinin sahibidir. Bundan başqa onun Rusiya paytaxtında "Mayak" adlı Ticarət Mərkəzi də var.

Onun şirkətləri restoran, daşınmaz əmlakın alqı-saqısı, habelə topdansatış ticarəti üzrə ixtisaslaşıb.

Rəqsanə İsmayılova həyat yoldaşı ilə 2011-ci ildə məclislərdən birindən tanış olub. 4 illik sevgi münasibətlərindən sonra cütlük evlənmək qərarına gəlib. Fazil Əmiraslanov Rəqsanənin iki qız övladını da öz soyadına keçirib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO