Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə prosesi başlayıb.
Bizim.Media APA-ya istinadən xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə xüsusi ittihamçı - xalq artisti Flora Kərimova və vəkili, həmçinin Afət Fərmanqızının vəkili və nümayəndəsi iştirak edib.
A.Fərmanqızının vəkili məhkəmədə çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxsin yaşayış ünvanı dəyişdiyi üçün məhkəmənin göndərdiyi bildirişi əldə edə bilməyib.
Müdafiəçi, həmçinin işə yeni cəlb olunduğu üçün məhkəmədən hazırlıq iclasını təxirə salmağı xahiş edib. Məhkəmə martın 28-nə təxirə salınıb.
Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunmasını tələb edir.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:07 / 15.03.2022
Flora Kərimovanın şikayəti üzrə Afət Fərmanqızının məhkəməsi başladı - FOTO
Hazırda oxunan: Flora Kərimovanın şikayəti üzrə Afət Fərmanqızının məhkəməsi başladı - FOTO
Hazırda oxunan: Flora Kərimovanın şikayəti üzrə Afət Fərmanqızının məhkəməsi başladı - FOTO
64954
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.