“Netflix” Azərbaycanın 2 filmini satın aldı – VİDEO 

“Netflix” Azərbaycanın 2 filmini satın aldı – VİDEO 

Hazırda oxunan: “Netflix” Azərbaycanın 2 filmini satın aldı – VİDEO 

64185

Azərbaycan istehsalı olan “Çat kapı aşk” və “Qış nağılı” filmini “Netflix” platforması satın alıb. 

Bizim.Media xəbər verir ki, bu barədə hər iki ekran işinin rejissoru Cəfər Axundzadə OLAY-a açıqlamasında məlumat verib. 

O bildirib ki, həmin layihələri Fox televiziyası da əldə edib: 

“Eyni zamanda “Amazon” da “Çat kapı aşk” filmi üçün müraciət edib. Bundan başqa, “Qış nağılı”  Türkiyədə nümayiş olunacaq. Bu ekran işinə də Fox TV namizəddir”. 

Qeyd edək ki, “Çat kapı aşk” filmini rejissor aktyor Elməddin Cəfərovla birgə ərsəyə gətirib. Ekran işində Müge Boz, Nergis Kumbasar, Jess Morro kimi simalar rol alıb. “Qış nağılı”nın komandasında əksəriyyət azərbaycanlı məşhurdur. 
Belə ki, ekran işində Xalq artistləri Səidə Quliyeva, Murad Dadaşov, Əməkdar artist Sənubər İsgəndərli, keçmiş Avroviziya təmsilçilərimiz Dilarə Kazımova, Samirə Əfəndi, aktyor Taleh Yüzbəyov, Kəmalə Piriyeva, Oksana Rəsulova, Elcan Rəsulov və başqaları yer alıb. Eyni zamanda türkiyəli müğənni Halil Sezai və Müge Boz da filmdə çəkilib. 

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO