\

\"Bolt\" məşhur stilisti taksiyə minməyə peşman etdi - Başına nələr gəlib... - VİDEO

Hazırda oxunan: \"Bolt\" məşhur stilisti taksiyə minməyə peşman etdi - Başına nələr gəlib... - VİDEO

63321

Tanınmış stilist Anar Ağakişiyev sosial şəbəkə hesabında "Bolt" taksi şirkətini kəskin tənqid edib.

Bizim.Media xəbər verir ki, o, "Bolt"un sürücülərinin təcrübəsiz və şəhəri tanımadıqlarını deyib:

"Avtomobilimi servisə vermişəm, iki-üç gündür taksiylə gəzirəm. "Bolt"dan istifadə edirəm. Sürücülərinizi işə götürəndə təlimat dərsi keçin. Haradan hara gedəcəyimi işarələyirəm, zəng edib deyirlər: "Hara gedirik?" Bəhanə edir ki, sistemdə görmürəm. 3 manatlıq yoldur, getmək istəmir".

A.Ağakişiyev xarici ölkələrdə də taksidən istifadə etdiyini, heç vaxt belə halla rastlaşmadığını vurğulayıb:

"Sistemdə göstərir 3 dəqiqə, zəng vurur ki, 6 dəqiqəyə çatacam. Məni azdırmaq istəyir, 3 manatlıq yolu getmək istəmir. Limit qoyun ki, 10 manatdan aşağı sifariş götürmürük. XXI əsrdə yaşayırıq, sürücü sənə zəng edir ki, hara gedəcəyik? Tək mən yox, dostlarım da bunu deyir.

Xaricdə taksidən istifadə edirəm, heç vaxt belə halla rastlaşmamışam. Özü də "Bolt"dan istifadə edirəm, ancaq bizimkilərdə var. Mütləq zəng etməlidir. İndi də sifariş etmişəm, xəritədə göstərir 2 dəqiqə, özü zəng edir ki, 6 dəqiqəyə çatıram".

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO