Məşhur müğənnidən SƏRT SÖZLƏR: “Başlarına kartof, pomidor atılacaq adamlara sənətçi deyirlər…”

Məşhur müğənnidən SƏRT SÖZLƏR: “Başlarına kartof, pomidor atılacaq adamlara sənətçi deyirlər…”

Hazırda oxunan: Məşhur müğənnidən SƏRT SÖZLƏR: “Başlarına kartof, pomidor atılacaq adamlara sənətçi deyirlər…”

61643

Türk xalq musiqisinin tanınmış siması Mustafa Keser qalmaqallı açıqlaması ilə yenidən gündəm olub. 

Bizim Media xəbər verir ki, bir müddət əvvəl Bülent Ersoyla qalmaqal yaşayan Mustafa Keser yenidən “od püskürüb”.

“Bu ölkədə başına kartof, pomidor atılacaq adamlara sənətçi deyirlər. Elələri ilə bir sırada olub, sənətçi sözünü öz üzərimdə daşımaq istəmirəm. Məni musiqiçi-sənətkar kimi təqdim etsəniz daha doğru olar” deyən Mustafa Keser, Türkiyədə pop musiqisi deyilən anlamın olmadığını da vurğulayıb:

“Pop sənəçisi sözündən acığım gəlir. Türk pop musiqisi deyilən bir anlam yoxdur. Türk sənət musiqisi, xalq və klassik musiqi var. Türk pop musiqisi demək, Amerika qaşığı ilə türk yeməyi yeməyə bənzəyir”.

Mustafa Keser Bülent Ersoyla birlikdə televiziya proqramında aparıcılıq etdiyi üçün çox peşman olduğunu deyib.  M.Keser bildirib ki, Bülent Ersoyla iki proqram apardığına görə, özünə qarşı çox qəzəblidir.  Müğənni əlavə edib ki, “Gərək əvvəlldən razılıq verməyəydim” 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO