Afət Fərmanqızı Manaf Ağayevin HƏBSİ BARƏDƏ - “Cəzasını çəkməlidir” 

Afət Fərmanqızı Manaf Ağayevin HƏBSİ BARƏDƏ - “Cəzasını çəkməlidir” 

Hazırda oxunan: Afət Fərmanqızı Manaf Ağayevin HƏBSİ BARƏDƏ - “Cəzasını çəkməlidir” 

60882

Xəbər verildiyi kimi ötən gün müğənni Manaf Ağayev və Sənan Hüseynov 15 sutka həbs edilib.

Bununla bağlı Yasamal Rayon Məhkəməsi qərar çıxarıb. İfaçının yaxın və sənət dostu müğənni Afət Fərmanqızı Bizim.Media-ya Manaf Ağayevin həbsindən danışıb:

“Belə bir şey yoxdur ki, bu müğənnidir və ya müəllimdir ona olar, adi adama olmaz. Qanun hamı üçün qanundur. Kimin nə səhvi varsa, cəzasını da çəkməlidir”, - deyə Afət Fərmanqızı qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Nüşabə Ələsgərlidən Manaf Ağayevin həbsinə REAKSİYA – “Qanun şahdır…” 


Məlumat üçün bildirək ki, iki gün əvvəl sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Daha sonra Bakı şəhəri ərazisində M.Ağayev və onun yanındakı vətəndaş S.Hüseynov polis idarəsinə dəvət olunublar.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb və hər ikisinə 15 sutka həbs qəti imkan tədbiri seçilib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO